Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-29 15:00:00
Bakı Kitab Mərkəzi bu tarixdən fəaliyyətə başlayacaq

Bakı Kitab Mərkəzi sentyabrın 1-dən etibarən fəaliyyət göstərəcək.

Bu baradə AzEdu.az-a Bakı Kitab Mərkəzindən məlumat verilib.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan Bakı Kitab Mərkəzinin açılışı avqustun 28-də olub.

Qeyd edək ki, fəaliyyətində əsas məqsədi mütaliəyə marağın artırılması olan Bakı Kitab Mərkəzində Azərbaycan və digər dillərdə dünya ədəbiyyatı bestsellerləri, incəsənətə dair nadir albomlar, turistlər üçün bələdçi kitablar, musiqi kitabları və notlar da satılacaq. Burada müxtəlif dillərdə və janrlarda 10 mindən çox adda kitab təqdim olunacaq. Mərkəzdə ümumilikdə, oxucular Azərbaycan dili ilə yanaşı, rus, ingilis, alman, fransız, ispan və ərəb dillərində nəşrlər də əldə edə bilərlər.