Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-26 14:49:00
İspaniyalı tədqiqatçılar qastronomiyada çiçəklərdən ehtiyatla istifadə etməyə çağırırlar  

Qranada Universitetinin tədqiqatçıları qastronomiyada çiçəklərdən çox ehtiyatla istifadə etməyin zəruriliyi barədə xəbərdarlıq ediblər. Belə ki, yeməklərə çiçək əlavə edən şəxslər hüquqi nöqteyi-nəzərdən müdafiə olunmayıblar.

AzEdu.az AZƏRTAC- istinadla xəbər verir ki, Qranada Universitetindən tədqiqatçı Lorenso Rivas Qarsiyanın sözlərinə görə, çiçəklərdən qida məhsulları qismində istifadə olunması Avropa Parlamentinin yeni inqrediyentləri də əhatə edən 1997-ci il 27 yanvar tarixli 258/97 Reqlamentinə düşür. Bu sənədin buraxılışına qədər qida məhsulu kimi nəzərdən keçirilməyən çoxsaylı məhsullar Avropa İttifaqı ölkələrində sistemli nəzarətdən keçirilməlidir.

Qida məhsullarının təhlükəsizliyini reqlamentləşdirən Avropa Qida Məhsullarının Təhlükəsizliyi Agentliyinin (EFSA) sənədi yeməli çiçəklərdə pestisidlərin yol verilən maksimum miqdarını göstərir, qastronomiyada istifadə edilən bütün çiçəklərin etiketi olmasını, həmin etiketdə müvafiq məhsul və onun istehsalçısı barədə məlumatların, istehlakına dair tövsiyələrin öz əksini tapmasını tələb edir. Yeməli bitliklər bazara çıxarılmazdan əvvəl sanitar nəzarətinin bir neçə mərhələsindən keçməlidir.

Çiçəklərin qida dəyəri indiyədək tam öyrənilməyib. Lakin bütövlükdə bunun aşağı olduğu və çiçəklərin qastronomiyada başlıca rolunun yeməyi bəzəməkdən və ona unikal ətir verməkdən ibarət olduğu hesab edilir.