Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-25 13:30:00
Bu ölkədə yarım milyondan artıq mühacir uşaq təhsil ala bilmir

Banqladeşdəki qaçqın düşərgələrində qalan 500 000-dən çox Rohingyalı (yerli etnik qrup) uşağın davamlı təhsil almaq imkanının olmadığını açıqlanıb.

AzEdu.az  xarici mediaya  istinadən  xəbər verir ki, bu barədə  BMT  Uşaqlara Yardım Fondu olan -nin UNİCEF məlumat yayıb.

Qeyd edilib ki, buradakı yaşı 14-də az olanlar üçün tədris planı, böyüklər üçün isə məktəb yoxdur.

UNİCEF-in  Banqladeşdəki nümayəndəsi Edvard Baybeder “təhsilə yatırım etməsək, onları onları  çox  pis gələcək gözləyir”- deyə müraciət edib. O qeyd edib ki, doğulduqları yerə qayıtsalar da, söhbət bu uşaqların gələcəyindən gedir:

“Banqladeşdə hazırda milyondan çox qaçqın məskunlaşıb. Onların təhsil alması üçün kifayət qədər məktəb binası  belə yoxdur”.

Bu problemi aradan qaldırmaq üçün təxmini  24 milyonluq büdcənin tam yarısına ehtiyac olduğu vurğulanıb.

Xatırladaq ki, Myanmarda yaşayan Rohingya etnik qrupuna mənsub 700 000 şəxs keçən ilin avqustunda qarşılaşdıqları şiddət səbəbindən Banqladeşə köç ediblər. Onlar yaşadıqları ərazilərdə insanların əsir götürüldüyü və öldürüldüyünü  bildiriblər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları