Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-25 12:50:00
Yer kürəsinə təhlükəli asteroid yaxınlaşır

Yer kürəsinə Xeops ehramı böyüklükdə asteroid yaxınlaşır.

AzEdu.az  “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Yer kürəsindən 7,5 milyon kilometr məsafədən keçəcək asteroid “potensial təhlükə” hesab olunur.

NASA-nın hesablamalarına görə, asteroidin diametri 70-160 metr ölçüsündədir.

Alimlərin məlumatına görə, asteroid saniyədə 9 kilometr sürətlə hərəkət edir və avqustun 29-da planetimizə ən yaxın məsafədən keçəcək.