Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-23 12:46:00
“Üz ifadələrindən bildim ki, cavablarımdan razı qaldılar”- Müsahibə mərhələsindən keçməyən müəllim

Müəllimlərin işə qəbulu ilə bağlı nəticələr elan olunsa da, bir çox müəllimlər nəticələrdən çox narazıdırlarr. Belə müəllimlərdən biri də Bilalova Nərgiz Fehruz qızıdır. Nərgiz müəllim AzEdu.az-a açıqlamasında deyib ki, Sumqayıt şəhər 11 nömrəli orta məktəbdə rus bölməsi üzrə ibtidai sinif müəllimi kimi 2 ildir ki, müddətli müqavilə ilə işləyir:

“Mən keçən il MİQ imtahanlarında 48.2 bal toplamışam. Müsahibədən kəsiblər, apellyasiya müsahibəsinə getmişəm. Bu zaman biabırçı halla rastlaşdım. Saat 11.30 –da təşkil olunmalı müsahibə üçün saat 19.00-dək gözlətdilər və bu müsahibədə yenidən kəsildim. Sonra müddətli müqavilə ilə işləyə -işləyə aprel ayında müddətsiz işləmək üçün müsahibədə iştirak etdim və bütün suallara cavab verdiyim halda səbəbini bildirmədən yenidən müsahibədən keçirmədilər”.

Nərgiz xanım bu il yenidən müsahibə mərhələsində iştirak edib:

“Bu il keçən ilki nətiicəmlə yeniden müsahiəyə qatıldım. Bal artırmağa ehtiyac duymadım, çünki Sumqayıtda 11 vakant yer var, rus bölməsi üzrə isə demək olar ki, müəllim çox azdır. Mən bu yerə “havada” keçirdim, çünki  bu yeri yazan digər namizəd demək olar ki, yoxdur. İşə qəbulda  yenidən vakansiyanı qazandım və avqustun 13-də müsahibədə iştirak etdim. Bütün suallara cavab verdim, yaxşı keçdi. Mən bildiyimə görə, müsbət rəy almalıydım. Münsiflərdən narazılığım yoxdur, gülər üzlə qarşıladılar, suallar həm psixoloji, həm də kurikuluma aid idi, Müsahibə mövzularından 5-i  barədə mənə sual verilmədi. Rus dilində suallar verirdilər. Metodikayla metodun fərqini soruşdular. Müxtəlif psixoloji situasiyalar yaratdılar. Məsələn, əgər sinifdə şagirdinizin valideyni ilə konfiliktiniz yaransa,o na nə reaksiya verərsiz? Müsahibədən çıxandan sonra üz ifadələrindən bildim ki, cavablarımdan razı qalıblar. Uğurlar arzuladılar. İndi məni necə müsahibədən keçirmədiklərini anlamıram”.

Qeyd edək ki, MİQ üzrə müsahibə mərhələsi 13-18 avqust tarixlərində keçirilib.

Elşən Ramizoğlu