XƏBƏRLƏR

22.08.2018 14:10
Müəllimin MİQ-lə bağlı kəskin irad və təklifləri: “Hansı səhvləri etmişəm, bilmirəm!”

“Mənim 18 illik pedaqoji təcrübəm var və ixtisasım üzrə hansı səhvləri etdiyimi hələ də bilmirəm”.

Bu sözləri AzEdu.az-a açıqlamasında  Emil Məmmədov adlı müəllim deyib. O, MİQ imtahanları ilə bağlı iradlarını dilə gətirib:

“Müəllimlərin işə qəbulu imtahanlarında düzgün cavabların elan olunmamasının səbəbini anlaya bilmirəm. Mənim 18 illik pedaqoji təcrübəm var və ixtisasım üzrə hansı səhvləri etdiyimi hələ də bilmirəm.

Bundan əlavə, nədənsə,  rus bölməsinin nəticələri Azərbaycan bölməsi ilə birgə elan edilir. Fikrimcə, bu, doğru deyil”.

O, Məntiq testlərinin çətinliyindən də gileyənib:

“İmtahana salınan Məntiq testləri isə həqiqətən, humanitar fənn müəllimləri üçün çox çətindir. Üstəlik, imtahan vaxtı yarım saat uzadılmalıdır.

Müsahibə mərhələsi zamanı açıq dərsin keçiriləcəyi deyilsə də, açıq dərs keçən olmadı.

Heç olmasa, MİQ imtahanlarında  işə yeni qəbul olunanlar üçün II tur keçirilir, yerdəyişmədə bu da edilmir”. 

Qeyd edək ki, artıq MİQ imtahanlarının üsahibə mərhələsinin nəticələri bəlli olub. 3627 müəllim işə qəbul edilib.

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə ikinci turun vakansiya seçimi isə avqustun 25-26-da keçiriləcək, ikinci turda uğur qazanmış namizədlər ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər.

 

Lamiyə Süleymanlı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu