Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-22 12:10:00
"Antik ədəbiyyat və biz" kitabı çap olunub

AMEA-nın “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin "Sosial-ictimai sahələr, fəlsəfə və hüquq" elmi redaksiyasının böyük elmi redaktoru Etibar Kərimlinin "Antik ədəbiyyat və biz" kitabı çapdan çıxıb.

"Avropa" nəşriyyatında işıq üzü görən kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Çingiz Hüseynov, redaktoru Əməkdar jurnalist Sevda Mehrəliyeva, rəyçisi isə fəlsəfə elmləri üzrə fəlsəfə doktoru, şərqşünas Gülbəniz Əhmədzadədir.

Vəsaitdə ölkəmizdə antik ədəbiyyatın tədqiqi tarixi, bu kontekstdə qədim dövrün Şərq-Qərb elmi-ədəbi əlaqə və təsirləri araşdırılıb, həmçinin klassik filologiyanın bir sıra aktual mövzularına, bütövlükdə ədəbi-nəzəri və kulturoloji problemlərinə toxunan elmi-publisistik məqalələr yer alıb.

Nəşr klassik filologiya sahəsində çalışan alimlər, aspirantlar, müəllim və tələbələr, eləcə də antik dünya ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.