Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-21 11:59:05
"Karandaşlarının ucunu yonub, məktəbə hazırlaşırdı" — Övladını itirən aktyor

"Baku Medical Plaza"da daha bir uşaq ölümü baş verib.

AzEdu.az Ölkə.az-a istinadən xəbər verir ki, aktyor Sadiq Nasirin oğlu, 9 yaşlı Elman Nasirov məhz bu klinikada vəfat edib. Aktyor əməkdaşımızla söhbətində bildirib ki, oğlunun səhhətində ciddi problem olmayıb:

"Biz Elmanı "Baku Medical Plaza"ya aparanda sadəcə qızdırması var idi. Eyni zamanda analizləri Türkiyəyə də göndərmişdik. Ordan gələn cavablarda da göstərilir ki, uşağın səhhətində problem yoxdur". 

Aktyor bildirib ki, oğlu hətta yeni tədris mövsümünə hazırlaşırmış:

"Karandaşlarının ucunu yonub, çantasını hazırlamışdı ki, məktəbə gedəcəyəm. Amma qismət olmadı..."
 
Qeyd edək ki, "Baku Medical Plaza"nın saytında yerləşdirilmiş nömrəyə cavab verən operator məsul şəxslə əlaqələndirəcəyini bildirib. Növbəti zənglərə isə cavab verən olmayıb.