Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-21 10:30:04
Məktəb, şagird və  müəllimlərlə  bağlı məzəli əhvalatlar – Təhsil gülməcələri

AzEdu.az ciddi təhsil problemləri, bir çox məsələlər barəsində vacib analitik və bilgiləndirici yazılarla bərabər, oxucuların mənəvi istirahəti üçün ara-sıra məktəb, müəllim, şagird, tələbə və s-lə bağlı təhsil gülməcələrini təqdim edəcək:

Bir gün məktəbdə biologiya testi keçirilir. Müəllimə uşaqların hərəsinə bir böcəyin ayağını verib deyir ki tapın hansı böcəyindi. Bir uşaq tapa bilməyib əsəbləşir. Qapını çırpıb çölə çıxır. Biologiya müəliməsi də arxasınca “sən imtahandan kəsildin. Adını de”, deyir.

Uşaq, ayağını qapını aralayıb ayağını göstərib deyir: "Ayağıma bax, adımı tap"

                                                    ***

Müəllim deyir: - Bax, düzünü de, ev tapşırığını kim eləyib?

- Müəllimə vallah-billah xəbərim yoxdu, axşam tez yatmışam!

                          ***

 Direktor şagirdi yanına çağırıb bərk danlayır:

- Mənə de görüm, sən qonşu sinifdəki o oğlanı niyə döymüsən? 

Oğlan cavab verir:

- Onu ona görə döydüm ki, mənə ”kərgədan” deyirdi.

- Belə.... Bu nə vaxt olub?

- Deyəsən, elə keçən il bu vaxtlar idi.

- Nə? Bir il bundan əvvəl?Nə Bəs niyə uşağı indi döyürsən?

- Çünki gərgədanın şəklini ilk dəfə dünən görmüşəm.

                                   ***

Tələbə oğlan sevgilisi ilə şəhərə gəzməyə çıxır, cibində isə 20 qəpik pul.
Restoranın yanından keçir. Oğlan qıza:
- Restorana istəyirsən, yox, gəl getdik onda.
Dönərin yanından keçirlər. Tələbə:
- Dönər istəyirsən, yox, gəl getdik.
Qız fikirləşir: “İndi soruşsa tez hə deyəcəm.”
Su avtomatının yanından keçirlər. Tələbə:
- Su istəyirsən?
Qız:
- Hə!!!
Tələbə:
- Nə qışqırırsan, indi alıram da.

                          ***

Müəllim : -Uşaqlar, bilirsinizmi, ümumdünya cazibə qanunu hesabına biz yerdə ayaq üstə dururuq, gəzirik.

-Müəllim , bəs bu qanun qəbul olunmazdan əvvəl necə ayaq üstə dururduq ?

                                 ***

Müəllim soruşur: -Arximed kim olub ?

-Deməli ,.. Arximed alim olub … Su ilə dolu vannada uzanıb fikirləşən vaxt birdən  “Evrika”  deyə qışqırıb.

-Evrika nə deməkdir ki? -"tapdım" deməkdir. -Arximed nə tapmışdı ki? -Bilmirəm...yəqin sabun tapıb.