Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-20 16:40:00
Həmyerlimiz Kipr universitetinin sirrini açır: “Nəticələrini valideynlər də kompüter vasitəsilə həmən görür”

“UniverMAYAK” rubrikası əsasında bu dəfə Kiprdə təhsillə tanış olacağıq. Oranı  bizə tanıdan isə Kipr Beynəlxalq Universitetində təhsil alan Osman Kazımovdur.  O, bakalavr təhsilini ADNSU-da alıb. Magistr təhsili üçün isə Kiprə üz tutub.

AzEdu.az Kiprdə təhsil almaq, eləcə də oranın təhsil və tədris özəlliklərini bilmək istəyənlər  üçün müsahibəni təqdim edir:

-Osman, Kipr Beynəlxalq Universitetində magistratura təhsili almısan. Necə oldu Kiprə oxumaq qərarına gəldin?

-Tələbə olduğum müddətdə  xaricdə təhsil proqramlarıilə yaxından maraqlanırdım. Eyni zamanda,  xaricdə təhsil alıb, Azərbaycanda uğurlu kayera quran gənclərlə də tanış oldum.“Xaric” dediyimiz zaman bizə ən yaxın ölkələr Türkiyə və Kiprdır. Kiprdə olan yaşam və tələbə həyatı mənə maraqlı gəldiyi üçün məhz oranı seçdim.

-Bakalavr pilləsi üzrə hansı universitetdə və ixtisas üzrə təhsil almısan?

-Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Geoloji kəşfiyyat            fakültəsinin Hidrogeologiya mühəndisliyi ixtisası üzrə təhsil almışam.  Bu sahə çox maraqlı və daim inkişafda olduğuna görə, buranı seçdim. Böyük qardaşımın bu sahədə olması marağımı daha da artırdı.

-Mühəndislik sahəsinə marağın necə yaranıb? Bu seçimə kiminsə müdaxiləsi olubmu?

-Əslində, qardaşımın tövsiyəsi ilə bu peşəni seçmişəm. Hazırki dövrdə mühəndislərə verilən qiymətin yüksək olduğunu da düşündüm.  Digər səbəb isə riyaziyyata olan marağım idi.

-Universitetə qəbul qaydalarından danışardın: Hansı prosedurlardan keçdin və hansı sənədlər lazım oldu?

-Mən Kiprdə magistratura təhsili almışam. Master təhsili üçün bakalavr diplomu, universitetden arayış və qiymət cədvəli(transkript) ingilis dilinə tərcümə və təsdiqlənmiş forması tələb olunur. Diplom da eyni zamanda Xarici İşlər Nazirliyi tərəfindən təsdiqlənməlidir.

-Universitetə qəbul olduqdan sonra Azərbaycanda ali təhsil müəssissələri ilə hansı fərqlərin olduğunu müşahidə etdin?

-Xaricdə təhsil ilə Azərbaycandakı arasında böyük fərqlər var. Kitabxana sistemi orada çox yaxşı inkişaf edib. İmtahan qabağı bütün tələbələr kitabxanalara axışır. Həm internetin, həm də kitabların olması tələbələrin imtahanlara rahat şəkildə hazırlaşması üçün şərait yaradır.

İmtahanlardan sonra cavablar onlayn olaraq şəxsi profildə olur. Həmçinin, tələbənin panelində ona aid bütün məlumatların orada olması, ödənişlərin vaxtı, qiymətlər və digər məlumatlar burada qeyd olunur. Valideynlər övladlarının profilinə daxil olub, bütün məlumatlara oradan sahib ola bilərlər.   Bu da tələbələrin təhsilə daha məsuliyyətli yanaşmasına səbəb olur. Mühazirə yazmaq deyə bir şeyin olmadığını,bütün məlumatların internet və kitablardan alındığını orada gördüm.

-“Təhsil aldığın müddətdə hansı fərqliliklər ölkəmizdə də tətbiq olunsa, təhsilimiz inkişaf edər”, deyə düşünmüsən?

-Əvvəl də qeyd etdiyim kimi kitabxanaların sayı çoxaldılmalıdır. Universitet kitabxanalarında tələbələrə gözəl şərait yaradılmalıdır. Həmçinin, bütün universitetlərdə tələbənin onlayn paneli olmalıdır. Universitetlerimizdə dərs deyən gənc kadrların sayı artmalıdır.  Əsasən də Mühəndislik və İnformasiya Texnologiyalarında , çünki hər iki sahə inkişaf edir. Yaşlı müəllimlər artıq bu yeniliklərdən xəbərsizdirlər.

Məsələn, layihə "Autocad" proqramı vasitəsilə hazırlana bilər, amma Azərbaycan universitetlerində (bir qismində) müəllimlər bunu köhnə qayda ilə hazırlanmasını istəyirlər. Bu şəkildə istəmələri, həm tələbələrin müasir proqramlar ilə işləməmələrinə, həm də vaxtlarını boşa vermələrinə səbəb olur. Artıq elm və texnologiya inkişaf edir, təhsildə ona uyğun islahatlar aparılmalıdır.

-Xarici tələbələr çox vaxt bir il hazırlıq qrupundan sonra təhsilə başlayırlar. Hazırlıq qrupundan danışardın: Orada nələr tədris olunurdu?

-İngilis dilində təhsil alan tələbələr bu dildə kurslar keçirlər. İmtahandan keçdikdən sonra, yetərli bal topladıqları halda təhsillərinə davam edirlər.

-Kiprə getdikdən sonra xaricdə təhsil almağın hansısa özəl tərəfini hiss etdinmi?

-Bəli, hiss etdim.  Ailəndən, ölkəndən, ətrafından uzaqda olmaq ilk aylarda çox darıxdırıcıdır. Tanımadığın insanların içində olmaq, orada yeni dostluqlar qurmaq  zaman alır və bu vaxt ərzində tələbələr sıxılır. Sonralar isə xoşun gəlməyə başlayır. Azərbaycana aid bayram günlərində tanınmış müğənnilərimiz universitet tərəfindən  ora gətirilirdi. Universitetin kampusunda tələbələrin söhbət etməyi, toplaşmağı çox maraqlı olur. Mart -aprel aylarında yaz festivalının təşkil olunması, Türkiyənin tanınmış müğənnilərinin ora gəlib konsert verməsi, o ölkəni insana daha maraqlı edir. Bu şəhərə “tələbə şəhəri” deyə bilərik.

Kiprdə yollar İngiltərə kimi tərsdir. Tarixi bir ölkə olduğu üçün orada çoxlu qalalar var. Bu ölkədə qar görə bilməzsiz, amma yağışlı olur. Yayı isə çox isti keçir. Romantik bir ölkədir.

-Universitetdə əcnəbi tələbələr üçün hansısa güzəştlər varmı?

-Bizim universitetdə,“Doğu Akdəniz” universitetində azərbaycanlı tələbələrə 50 % burs tətbiq olunur.  Kiprdə demek olarki, yerli tələbə azdır. Xaricdən gələnlər isə çoxluq təşkil edir.

-Universitetdə hansı ölkələrdən tələbələr çoxluq təşkil edirdi?

-Afrika ölkələrindən, Türkiyə, ərəb ölkələri, İran və Azərbaycandan tələbələr çoxluq təşkil edirdi.

-Kiprdə təqaüd hesabına təhsil almaq mümkündürmü?

-Bəli, mümkündür.Ortalama bal yüksək olduğu halda mümkün olur. Bunun üçün müraciət etməlisən. Əgər universitetdə hardasa işləmisənsə, bu halda da təqaüd qazanma şansın artır. Amma çox az rast gəlinir.

-Universitetin maddi-texniki bazası hansı səviyyədədir?

-Orta səviyyədə olduğunu düşünürəm. 

-İllik təhsil haqqı necə dəyişir? Hansısa hallarda endirimlər tətbiq olunurmu?

-Magistr tələbələri üçün ingilis dili hazırlıq kursu hər semestr üçün 2000 dollardır. Dərs alındığı zaman hər semestrə 1250-1500 dollar düşür.Bir ailədən bir neçə şəxs olduqda endirim olunduğu deyilir, amma mən rast gəlməmişəm.

-Orada tələbə üçün aylıq yaşam xərcləri nə qədərdir?

-Bu əslində tələbənin yaşam tərzindən asılıdır. Bir tələbənin orada normal  yaşaması üçün 300-400 dollar bəs edir. Yemək və kommunal xərcləri Azərbaycana nisbətən yüksəkdir. Amma tələbə evdə yeməyi seçdiyi zaman dediyim məbləğ bəs edir. Evlər əsasən birillik kirayəyə götürülür. Qiymətlər evin kamfortundan və universitetəməsafəsinə görə dəyişir. Aylıq 150-400 dollar arası ev tapmaq mümkündür.

Məsələn,hər gün restoranlarda yemek yeyən və əyləncələrdə olanlara dediyim məbləğ bir həftə bəs etməz.

-Kipr Universitetinin yataqxanası hansı vəziyyətdədir, tələbələr normal səviyyədə istifadə edə bilirmi?

-Kiprdə  özəl və dövlət yataqxanaları var. Dövlət yataqxanalarında şərait normal, özəllərdə isə əla olaraq qiymətləndirmək olar.

-Dərslər hansı metodlarla keçirilir?

-İngilis dili dərsləri Oksford metodu ilə keçirilir.Boloniya sistemi tətbiq olunur.

-Avropa təhsili ilə ayaqlaşa bilirmi və çatışmayan hansısa tərəfləri görmüsənmi?

-Kiprdə təhsil alıb, Avropaya təhsil üçün gedən dostlarım çoxdur. Əlbəttə  fərqlər var, amma bu, çox  deyil. Praktika baxımından biraz zəif olduğunu düşünürəm. Praktika üçün  fərqli ölkələri seçmək lazımdır. Məsələn, inşaat mühəndisi olan bir tələbəni praktikaya inşaatın inkişaf etdiyi bir ölkəyə, turizmdə təhsil alan birini isə  o sahənin inkisaf etdiyiyi yerə göndərmək lazımdır.

-Tələbələrə iş izni verilirmi? Onlar  üçün hansı işlərdə çalışmaq imkanı var?

-Bakalavr pilləsində oxuyanlar üçün xeyr, amma magistr tələbələrinəiş izni verilir. Mən özüm işləmişəm. Turizm sektorunda işlər çoxdur, həm turizm firmalarında, həm də otellərdə iş tapmaq imkanı çoxdur. Həftə sonu və yay aylarında iş axtaran tələbə orada işsiz qalmaz. Qışda isə əsasən kafe və restoranlarda birnövbəli  işləmək mümkündür. Mən turizm sahəsində işlədiyim üçün ailə dəstəyi olmadan təhsil almışam.

-Kiprdə  hansı dillərdə təhsil almaq mümkündür və bunun üçün hansı sertifikatlar tələb olunur?

-İngilis və türk dillərində təhsil almaq mümkündür. Türk dili üçün hər hansı sertifikat tələb olunmur. İngilis dili üçün isə ya İELTS olmalıdır,  ya da yuxarıda qeyd etdiyim hazırlıq kursunu bitirdikdən sonra imtahandan keçərsə, təhsil ala bilərlər.

-Kipr Beynəlxalq Universitetində hansı ixtisas üzrə təhsil almaq daha prestijlidir? Universite daha çox hansı sahə ilə tanınır?

-Turizm və Biznesin İdarə olunması ixtisasları üzə təhsil daha prestijlidir.  Çünki universitet bu ixtisaslar üzrə dünyada tanınıb.

-Səncə, xaricdə təhsil almaq gələcək iş imkanlarına nə dərəcədə kömək edir?

-Azərbaycanda loru dildə desək, xaricdə təhsil almağın adıvar.Yəni xaricdə təhsil alan tələbələrə üstünlük verilir. Həmçinin onlar çox vaxt ingilis dilini yaxşı bildikləri üçün iş məsələsində bir üstünlük olur.

-Xaricdə təhsil almaq istəyənlərə nələri tövsiyə edərdin?

-Xaricə təhsil almaq üçün getdiklərini unutmamalarını.Xarici dili çalışdıqları qədər mükəmməl öyrənmələrini, beynəlxalq layihələrdə iştirak etmələrini  və beynəlxalq əlaqələrini artırmalarını məsləhət görərdim.

-Hazırda gənclər ölkədən qaçmaq yolunu daha çox xaricdə təhsildə görür. Bununla bağlı nə deyərdin?

-Xaricdə təhsili, ora qaçmaq üçün bir vasitə deyil, güclü bir mütəxəssis olmaq üçünn seçsinlər. Ölkəmizdə yaxşı mütəxəssislərə hər zaman ehtiyac var. Gənclərimiz xaricdə təhsili bir qaçış olaraq görürsə, ölkəmizin inkişafını kimlə düşünəcək? Savadlı tələbələrin getməyi, ölkənin inkişafınıntaleyini savadsız kadrlara buraxması deməkdir. Ona görə, xaricdə təhsil alan tələbələr oxuduqdan sonra ölkəyə qayıtmalarını və  bütün sahələrin inkişafı üçün çalışmalarını məsləhət görürəm. Bu bizim borcumuzdur.

-Təhsilini davam etdirmək istəyirsənmi? Əgər belə bir fürsət olsa hansı ölkədə oxumaq istəyərsən?

-Hazırda beynəlxalq Neboş diplomu üçün distant təhsil alıram. İşlədiyim mühəndislik sahəsində güclü mütəxəssis olmağa çalışıram. Mən azla kifayətlənənbir deyilem. Hər zaman daha yüksəklərdə olmaq istəmişəm. Bu gün 5-ci pillədəyəmsə, sabah onu 6 etməliyəm. 5 il bundan əvvəl karyera hədəfimi soruşsaydınız  indi işlədiyim yerdə olmağı istədiyimi deyərdim, yəni arzu etdiyim yerdəyəm. Amma mən bununla kifayətlənmirəm. Məqsədim daha da böyük firmalarda və yaxşı vəzifələrdə  işləməkdir. Və bunun üçün çalışıram.

-Neboş diplomunu qeyd etdin. Bu haqda məlumat verərdin. Bu sənədin nə kimi əhəmiyyəti var?

-Bu, ətraf mühit, insan və əməyin təhlükəsizliyi ilə bağlı bir sertifikatdır. İngiltərədən verilir. Onu əldə etdiyin zaman həmin sahədə mütəxəssis hesab  olunursan. Hər hansı ərəb ölkəsində mühəndis işləmək istəyirsənsə, bu diplomun olması yaxşıdır. Qurum tərəfindən verilən beynəlxalq sertifikatdır. Bir çox ölkələrdə şöbələri var. Ödənişli əldə edirsən, amma imtahandan keçdiyin halda əldə edə biləcəyin bir sənəddir. Azərbaycanda 50-ə yaxın mühəndisdə bu sertifikat var.Bunun üçün birinci inglis dili səviyyən olmalı, ikinci isə bu sahəni bilməlisən, oxumalısan.