Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-20 15:16:58
Yeni tədris ilində orta məktəblərdə keçiriləcək ilk dərslərin mövzuları açıqlandı

2018-2019-cu tədris ilində orta məktəblərdə keçiriləcək ilk dərslərin mövzuları açıqlanıb.

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, ibtidai siniflərdə ilk dərs məşğələsi “Vətənim Azərbaycan” mövzusunda olacaq. V-VI siniflərdə ilk dərs “Dövlət rəmzləri – müstəqilliyimizin simvolu”, X-XI siniflərdə isə “Azərbaycan Xalq Cümhuriyyəti – dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr ediləcək. Ümumtəhsil məktəbləri müvafiq mövzular üzrə ilk dərs məşğələsinin səmərəli və yaddaqalan olması üçün zəruri təşkilati işlər həyata keçirir.

Dərslərdə aidiyyəti təşkilatların nümayəndələrinin, müharibə və əmək veteranlarının, məktəbin sabiq məzunlarının iştirakı nəzərdə tutulur. Bundan başqa bütün ümumtəhsil müəssisələrində hər iş həftəsinə müəllim və şagirdlər tərəfindən Azərbaycanın dövlət himninin ifası ilə başlanması vətənpərvərlik nümunəsi kimi ümumi norma olaraq qəbul edilir.