Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-20 13:06:21
Yüksək nəticə göstərən ucqar kənd məktəbinin uğur sirri – Direktor AzEdu.az-a danışır

AzEdu.az bir çox kənd məktəblərinin builki qəbul imtahanlarında göstərdiyi uğurları paylaşıb.  Xatırladaq ki, onlardan əksəriyyətinin  qəbul nəticələri bir çox şəhər məktəblərini üstələyib.

Belə məktəblərdən biri də Bərdə rayon Samux  kənd tam orta məktəbidir. Bu il 11 nəfər  məzundan 7-si ali məktəbə qəbul olub.

Məktəbin direktoru Fərzəliyeva  Rəna AzEdu.az –a bildirib ki, şagirdləri 670, 632 balla Tibb Universiteti,  600,  615 balla Azərbaycan Dövlət Neft və Sənaye, 600 balla Azərbaycan Dillər,  515 balla Bakı Dövlət Universiteti, 380 balla isə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olublar:

“Məzunlarımızdan daha birinin Kənd Təsərrüfatı Akademiyasına qəbul  nəticələri barədə məlumat gözləyirik. Şagirdlərimizi öz müəllimləri hazırlaşdırıblar, başqa repetitor  yanına getməyiblər. Mən bu nəticələri  gözləyirdim, çünki bu uşaqlardan  6-ı  IX sinfi fərqlənmə şahadətnaməsi ilə bitirib. Bizim məktəbdə bir adət var, IV sinfi bitirdikdən sonra bir fənni sona qədər bir müəllimə verirəm. Ondan alıb buna, bundan alıb ona vermirik ki, sabah müəllim deməsin ki, bu dərsi mən deməmişəm”.

Elşən Ramizoğlu