Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-20 10:14:32
“3000-dən artıq abituriyent müsabiqədən keçməyəcək, 1500 nəfəri isə…” – Narahatlandıracaq rəqəmlər

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) təhsil bazasındakı  kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.

AzEdu.az xəbər verir ki, tam orta (11-illik) ixtisas təhsili müəssisələrinə-kolleclərə Azərbaycan bölməsi üzrə 9184 yer ayrılıb.  Hazırda 11881 nəfər bu bölmə üzrə ixtisas seçimini təsdiq edib.

Rus bölməsi üzrə isə 2797 yer ayrılıb. Son statistik məlumatlara  əsasən, 490 nəfər ixtisas seçimini təsdiq edib.

Təhsil  eksperti  Elçin Əfəndi sosial şəbəkələrdə qeyd  edib ki, ixtisas seçimi təsdiqinin başa çatmasına az vaxt qaldığını nəzərə alaraq,  təxmini demək olar ki, rus bölməsi üzrə 1500-dən artıq yer boş qalacaq. O, həmçinin, əlavə edib ki, Azərbaycan bölməsi üzrə isə 3000-dən  artıq  abituriyent müsabiqədən keçməyəcək.