Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-19 17:05:00
Xeyli plan yeri boş qalan akademiyaya qeydiyyat şərtləri

Artıq ali məktəbə qəbul olunan şəxslərin qeydiyyatına başlayıb.

AzEdu.az Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasına qeydiyyat üçün tələb olunan sənədləri təqdim edir:

Bu ali təhsil müəssisəsinə qəbul olunan abituriyentlər aşağıdakı sənədləri qeydiyyat komisiyasına təqdim etməlidirlər:

-Şəxsiyyət vəsiqəsinin özü və surəti

-Tam orta (ixtisas) təhsil haqqında sənədin (attestat və ya diplom) özü və surəti

-İş nömrəsi və şifrə

-4 ədəd 3x4 sm ölçüdə fotoşəkil

-Təhsil haqqının Kapital Banka ödənilməsi qəbzi

-Oğlanlar üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin verdiyi sənəd

Sənədlərin qəbulu 16 avqust 2018-ci il tarixdən 28 avqust 2018-ci il tarixədək hər gün 09:00-dan – 17:00-dək  Bakı şəhəri, Azadlıq prospekti 181 ünvanında keçiriləcək. Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları