Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-19 15:41:00
II qrupda bu qədər abituriyent qəbul oluna bilməyib-Rəsmi rəqəmlər  

Ali təhsil müəssisələrinin boş qalan plan yerləri üzrə ixtisas seçimi davam edir.

DİM bu mövzuda abituriyentlərə kömək məqsədi ilə ali təhsil müəssisələrinə qəbul oluna bilməyənlərin imtahan ballarını açıqlayıb. Göstəricilərdən qəbul imtahanları zamanı rəqabətin digər illərlə müqayisədə daha da artdığı aydın olub.

AzEdu.az xəbnər verir ki, ali təhsil müəssisələrinə qəbulun II ixtisas qrupu üzrə keçirilən ixtisas seçimi müsabiqəsində 490-dan çox bal toplayan bütün abituriyentlər təəbə adını qazanıblar. 1 abituriyent isə 480-490 aralığında nəticə göstərməsinə baxmayaraq, heç bir universitetə qəbul oluna bilməyib. Ümumiyyətlə 400-dən çox bal toplayan 54 nəfər ixtisas seçim i müsabiqəsində uğursuz olub.

Qəbul imtahanlarında rəqabətin kifayət qədər çox olmasına baxmayaraq, II ixtisas qrupu üzrə 200-206 civarında bal toplayan 106 abituriyentin ixtisas seçimi müsabiqəsi uğursuzluqla nəticələnib.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları