Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-19 10:20:01
III qrupda yüksək bal toplayanlar qəbul oluna bilməyiblər-Rəsmi rəqəmlər

Ali təhsil müəssisələrinin boş qalan plan yerləri üzrə ixtisas seçimi davam edir.

DİM bu mövzuda abituriyentlərə kömək məqsədi ilə ali təhsil müəssisələrinə qəbul oluna bilməyənlərin imtahan ballarını açıqlayıb. Göstəricilərdən qəbul imtahanları zamanı rəqabətin digər illərlə müqayisədə daha da artdığı aydın olub.

AzEdu.az  xəbər verir ki, III ixtisas qrupu üzrə keçirilən müsabiqədə 540-dan çox bal toplayan abituriyentlərin hər biri tələbə adını qazanıb. 500-540 arası bal toplayan 72 nəfər isə heç bir ali təhsil müəssisəsinə qəbul oluna bilməyib.

Rəqabətin kifayət qədər yüksək olduğu bu ixtisas qrupu üzrə müsabiqədə iştirak edən, 209-250 bal civarında nəticə göstərən 2596 abituriyent tələbə adını qazana bilməyib.

490-499 arası bal toplayan 24 abituriyent də ixtisas seçimi müsabiqəsində uğur qazana bilməyib.

330-339 civarında nəticə göstərən 203 abituriyent də tələbə adını qazanmaq üçün ikinci turda iştirak etməli olacaq.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları