Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-18 13:02:00
Təhsil Kompleksinin uğurları  

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki 132-134 nömrəli Təhsil Kompleksi ildən-ilə uğurlarını artırır. Cari tədris ilində təhsil müəssisəsini bitirən məzunlardan üç nəfəri – Ərkan Abbaslı, Heydər Ağakişi və Fatimə Məmmədova qızıl medala layiq görülüblər.

Təhsil Kompleksindən AzEdu.az-a bildirilib ki, Ə.Abbaslı, H.Ağakişi yüksək ballarla Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə, F.Məmmədova isə Fransanın Strasburq Universitetinə qəbul olunublar.

Liseyin digər məzunları da ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında ürəkaçan nəticələr əldə ediblər.