Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-18 10:19:00
Mingəçevir Dövlət Universitetinə qəbul olan abituriyentlərin nəzərinə - qeydiyyat üçün lazımı sənədlər 

Universitetə qəbul olanlar avqustun 16-dan 28-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 09-00-dan 17-00-dək (fasilə 13-00 – 14-00) aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər. Sənədlərin qəbulu əsas bina, I mərtəbədə (əsas giriş) foyedə aparılacaq.

AzEdu.az  tələb olunan sənədləri təqdim edir:

- Şəxsiyyət vəsiqəsi (əsli və 3 nüsxə surəti)

- Şəxsi kabinetin parolu

- Orta təhsil haqqında sənədin (attestat) əsli (və ya orta ixtisas, ali məktəb diplomunun notarial qaydada surəti)

- Şəkil 6 ədəd (3x4 ölçüdə, rəngli)

- Hərbi qeydiyyat haqqında sənəd

- İmtiyazlı tələbələrin sənədlərinin əsli və notarial qaydada surəti

Qeyd: Sənədlər qovluqda (ipli) təqdim olunmalıdır.