Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-18 10:00:00
Dövlət qulluğunun müsahibə mərhələsinin vaxtları bəlli oldu

2018-ci il 5 iyul tarixdə elan edilən ümumi müsahibələrin keçirilmə qrafiki müəyyən edilib.

AzEdu.az DİM-ə istinadən məlumat verir ki, müsahibələrin 2018-ci il 31 avqust - 17 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulur.

Elan üzrə 8 dövlət orqanında mövcud olan 32 vakant vəzifə müsahibəyə çıxarılmış, Cəbrayıl Rayon Məhkəməsində vakant olan 1 vəzifəyə, Şabran Rayon Məhkəməsində 2 vəzifəyə, Kəlbəcər Rayon Məhkəməsində 1 vəzifəyə namizədlər tərəfindən müraciət olunmayıb. Ümumilikdə isə, 51 namizəd müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçib.

Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Hesablama Palatasında Sosial sahələrin auditi şöbəsində məsləhətçi (1 vakant yer üzrə 14 namizəd), Sosial müdafiə və sosial təminat sahələrinin auditi şöbəsində aparıcı məsləhətçi (1 vakant yer üzrə 13 namizəd) vəzifələri olub.

Müsahibələrin 2018-ci il 31 avqust - 17 sentyabr tarixlərində keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilər.

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Dövlət İmtahan Mərkəzi namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar DİM-in məlumat bazasında qeydiyyata alınır.