Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-18 09:10:00
MİQ üzrə müsahibə mərhələsi bu gün başa çatır

Avqustun 13-də start verilən müəllmlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi bu gün başa çatır.

AzEdu.az xəbər verir ki, bu gün keçirilən müsahibədə tarix, musiqi və təsviri incəsənət müəllimi olmaq istəyən namizədlər iştirak edəcək.

Bu mərhələ başa çatdıqdan sonra nəticələr barədə məlumat namizədlərin şəxsi səhifələrə göndəriləcək.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaqdır. Həmçinin müsahibə zamanı namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.