Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-17 17:33:53
Sabah MİQ üzrə müsahibə mərhələsinin son günüdür

Avqustun 13-də start verilən müəllmlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir.

AzEdu.az xəbər verir ki, avqustun 17-də keçirilən müsahibədə coğrafiya və ingilis dili müəllimi olmaq istəyən namizədlər iştirak edib. Bugünədək keçirilən müsahibələrə 3 minə yaxın namizəd qatılıb.

Müsahibə mərhələsi avqustun 18-dək davam edəcək.

Bu mərhələ başa çatdıqdan sonra nəticələr barədə məlumat namizədlərin şəxsi səhifələrə göndəriləcək.

Müsahibə zamanı namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılacaqdır. Həmçinin müsahibə zamanı namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən ediləcək.