Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-17 17:10:00
Şagird və tələbələrə qucaqlaşıb-öpüşmək qadağan edildi – Gözlənilməz addım

 

Taylandın  Nazirlər Kabineti “Tələbələr üçün davranış qaydaları” toplusunu təsdiq edib.

AzEdu.az xarici  mətbuata istinadən xəbər verir ki, Tailandda aidiyyatı tərəfindən hazırlanan  yeni qaydalara əsasən, şagird və tələbələrə qucaqlaşmaq və öpüşmək qadağan edilib.

Yeni qaydalar həmçinin, təhsil alanlara  ictimai asayişin pozulmasına və vətəndaşların narahatlığına səbəb olacaq görüşlərin keçirilməsi qadağan olunub.

“İctimai və gizli yerlərdə əlavə və müstəsna davranışların uyğunsuz təzahürlərinə qadağa qoyulur” – sənəddə qeyd edilir.

Birinci qayda əsasən, kütləvi davaların qarşısını almağa hesablanıbsa da, ikincisi şagird və tələbələrə nəyin ki, ictimai yerlərdə həmçinin, gizli şəraitdə də qucaqlaşmaq və s hərəkətlərə icazə vermir.

Taylandın Qırmızı Xaç İzçilər Hərəkatı və Gənclər Hərəkatı həmçinin Tələbə İşləri Dövlət Bürosunun direktoru Varat Prıaksakunnana Nation qəzetinə müsahibəsində bu barədə danışıb.

“Qaydalar qarşı cinslə görüş zamanı qucaqlaşmaq və yanağından öpməyi qeyri-münasib və ədəbsiz hesab edir” – Prıaksakunnana bildirib.

Onun sözlərinə görə bu qaydaları əsasən Müqəddəs Valentin Günündə daha da sərtləşdirmək və ciddi nəzarət etmək lazımdır.

Qeyd edək ki, Taylandın qədim ənənələrinə görə ictimai yerlərdə nəvaziş və yaxınlıq halları ədəbsizlik sayılır. Bu ölkədə hətta evli cütlüklər belə ictimai yerlərdə bir-birilərinə çox nadir hallarda toxunurlar. Ənənəyə görə evli cütlüklər yalnız əl-ələ tutuşa bilərlər.

 Əvəz ZEYNALOV