Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-17 15:45:42
Psixoloqdan birinci kursa gedəcək tələbələrə tövsiyələr: “Bu çətinlikləri yaşayacaqsınız, amma...”

Universitetə qəbul olmaq insanda  psixoloji olaraq  müxtəlif  dəyişikiliyə, ovqat durumuna  səbəb olur. Ali məktəb  ancaq yüksək  dərəcə əldə etmək üçün deyil, həmçinin yetkinliyin mahiyyətini dərk etmək üçündür.

Mütəxəssislərin fikrincə, yeni mühit və insanlar, fərqli  şəhər,  fərqli yaşam forması universitetə  ilk addımını atanların bir müddət  qarışıq  hisslər  içində  olmasına səbəb  ola bilir.  Bu müddəti hər kəs bir-birindən  fərqli hiss  və  düşüncələrlə  keçirir.  Amma dərslərə  yeni  başlanıldığı  mərhələdə  adətən, həyəcan, təşviş, qorxu,  narahatlıq  təklik kimi hisslər  keçirmək  normaldır.

Bəs, ali məktəblərə yeni qəbul olan tələbələr  dərsə başladıqda, birinci kursa ilk addımlarını atanda necə motivasiya olunmalıdırlar?

Psixoloq Gülnar Səttarova  AzEdu.az-a açıqlaması zamanı bildirib ki, universitet həyatı  kimisi üçün  ailəsi ilə  eyni şəhərdə , bildiyi və tanıdığı insanlar əhatəsində, kimiləri üçün isə ailəsindən uzaq , bilmədiyi və  tanımadığı   bir mühitdə  və şəhərdə  olmağı tələb edir. Bunların hər birinin fərqli motivativ tələbləri var:

“Kimisi  bu müddət ərzində ailəsindən ilk dəfə  ayrı qalmış olur.Bu faktorlar universitet  həyatını  fərqli qavramağa   və fərqli  reaksiyalar  verməyə səbəb olur.  Bəzi gənclərdə  neqativ düşüncələr “bacara bilməyəcəm” kimi fikirlər yaranmağa  başlayır.  Unutmamaq  lazımdır  ki,  bu çətinliyi  yaşayan bir tək  siz deyilsiniz  və xüsusilə  bu hiss və düşüncələr  bir müddət sonra  keçib  gedecək”.

Psixoloq birinci kursa gedəcək tələbələrə aşağıdakı tövsiyyələri deyir:

“Hiss etdiklərinizi  başqalarının  da yaşaya  biləcəyini  düşünün , sizinlə  oxşar  şeyləri  yaşayan insanlarla  paylaşmağa  çalışın. 

Yaşadığınız bu müddətin  keçici  bir zaman olduğuna  və öhdəsində gələ bilmək  üçün nələr  edə biləcəyinizə  konsentrasiya  olun. Neqativ fikirlərlə  düşünmək və neqativlər axtarmaq  yerinə daha  pozitiv  və məqsədyönlü  olmağa  çalışın. “Real  olaraq heçmi  pozitiv bir şey yoxdur?” sualı qarşısında   düşünün.Olduğunuz yeri  şəxsiləşdirməyə  çalışın.  Sizə  aid olduğunu  hiss edin”.

Psixoloqun sözlərinə görə, tələbələr münasibətlərini  kəşf etmək üçün universitet  çox yaxşı  bir fürsətdir.

“Məkanın klublarını, sosial fəaliyyətlərini  araşdırın. Diqqətinizi çəkənlərə  qatılmağa  çalışın. Keyfiyyətli  dostluqlar  qazanmaq  mövzusunda  özünüzə  zaman tanıyın.  Dərs  çalışmaqla  sosial  fəaliyyətləri   icra etmək üçün  zamanı  daha məqsədə uyğun  bir şəkildə  istifadə etməyi öyrənə bilərsiz. Universitet  sizə akademik  həyatınız  boyunca sosial  fəalliyyətlərdən  fiziki bacarıqlara qədər  bir çox müxtəlif  fəalliyyətlər  qazandıracaqdır.Ən  əsası  bu dönəmdə  şəxsiyyətinizin  formalaşdığını  unutmayın . Beləliklə  bu müddət  verimli  bir şəkildə reallaşdıraraq  universitetə  getmə  səbəbinizi  həyata keçirmiş  olacaqsız”.

Psixoloq Fərqanə Mehmanqızı  bildirib ki,ali məktəbə qəbul olan yeni tələbələr əslində bir uğur qazanıblar bu uğurun burada kifayətlənəcəyini deyil daha böyük mərhələyə keçəcəyini düşünməlidirlər:

“Onlar çox önəmli keçidə keçiblər bundan sonrakı həyatlarında bu uğurun ardıcıl olaraq  artmasını təmin etməlidirlər.Mən bir uğur qazandım yəni universitetə daxil oldum bununla kifayətlənməli deyillər bu uğuru davam etdirməlidirlər çünki bu uğur müyyən əməyin nəticəsində qazanılan bir uğurdur.  Uğurun ardınca uğur gəlməsi üçün yenə də çalışmalıdırlar  çünki hər bir uğur müəyyən bir çətinliklərdən sonra gəlir. Bu il tələbə adını qazana bilməyən abituryentlər də ali məktəblər qəbul olan abituryentlərin uğurundan motivasiya olunub özlərinin, psixologiyalarının üzərində  çox çalışmalıdırlar.Bəzi uşaqlar varki savadları ali məktəbə daxil olması üçün yetərincədir lakin psixologiyaları ruh halları kifayətedici dərəcədə deyil və nəticədə  stressdən cavabları unudurlaronlar da öz üzərlərində işləyib uğur qazan bilərlər”.

Günel Yaşarqızı