Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-17 15:17:00
Ucqar kəndin 685 bal yığan məktəblisi:  “Təməl  olmasa, hazırlığın  da bir təsiri olmur”.

Son illər ucqar kənd məktəblərinin məzunları yüksək nəticələr göstərirlər. Belə abituriyentlərdən biri də Bərdə rayon Kürdborakı kənd tam orta məktəbinin məzunu Zülfiyyə Həsənzadədir. O, məktəbin fəaliyyəti dövründə ən yüksək nəticə göstərən şagirddir. Zülfiyyə 685 balla  Tibb Universitetinin  Müalicə  işi fakültəsinə  daxil olub.

Abituriyent AzeEdu.az-a verdiyi  açıqlamasında bildirib ki, o Azərbaycan dilindən  bir, fizikadan  2 səhv  edib:

“İstədiyim fakültə Müalicə işi idi, ora da qəbul  olundum. Universiteti  bitirəndən  sonra kəndə  qayıtmayacam, irəli getmək üçün şəhər yaxşıdır. Yüksək bal toplamağımda, bu yerə gəlməyimdə  əsas dəstəkçilərim valideynlərim olub. Bir il əvvəl bacım da universitetə qəbul olub.  Ona baxıb, daha da həvəsləndim. Kənd  məktəbi  olsa  da , təməl  olmalıdır, təməl  olmasa, hazırlığın  da bir təsiri olmur”.

Məktəbin  tədris işləri üzrə direktor müavini  Niyaməddin  Salahov da fikirlərini Azedu.az-la bölüşüb:

“Mən Zülfiyyənin bacısından da yüksək bal  gözləyirdim, təəssüfki  az oldu.Bu il də Zülfiyyədən 700 bal gözləyirdik. Amma  qismət deyilmiş. Şagird nə qədər tərbiyəli, savadlı olsa, müəllim üçün bir o qədər sevincli hal olar. Çünki müəllimin çəkdiyi əziyyət, sonda şagirdin göstərdiyi nəticə ilə qiymətləndirilir”.

Qeyd edək ki, Zülfiyyənin nəticəsi məktəbin  ən yüksək  göstəricisidir.

ElşənRamizoğlu