Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-17 13:40:00
I qrupda da yüksək bal toplayanlar qəbul oluna bilməyiblər – Rəsmi rəqəmlər

Ali təhsil müəssisələrinin boş qalan yerləri üzrə ixtisas seçimi artıq başlayıb.  İxtisas seçimi avqustun 16-dan 20-dək davam edəcək.

DİM bu mövzuda abituriyentlərə kömək məqsdədilə ali təhsil müəssisələrinə qəbul olunmayan abituriyentlərin imtahan ballarını açıqlayıb.

AzEdu.az  xəbər verir ki, I ixtisas qrupu üzrə keçirilən müsabiqədə 540-dan çox bal toplayan abituriyentlərin hər biri tələbə adını qazanıb.

530-539 aralığında nəticə göstərən bir abituriyent isə heç bir ixtisasa qəbul oluna bilməyib. Ümumilikdə isə bu ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 500-dən çox bal toplayan 7 abituriyent müsabiqədə uğur qazana bilməyib.

İstənilən bala uyğun ixtisasları özündə cəmləşdirməsi ilə fərqlənən bu ixtisas qrupunda çox aşağı nəticələrə də rast gəlinib. 200-209 bal arası nəticə göstərən 93 abituriyent ali təhsil müəssisələrinə qəbul oluna bilməyib.

300-399 arası nəticə göstərən 127 nəfər də ixtisas seçimində uğur əldə edə bilməyib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları