Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-17 13:20:00
Azərbaycan Texkini Universitetinə qəbul olanların nəzərinə-qeydiyyat üçün lazımı sənədlər

Avqustun 16-dan etibarən universitetlərə qeydiyyat başlayıb.

AzEdu.az Azərbaycan Texniki Universitetinə  qəbul olanların qeydiyyatı üçün tələb olunan sənədləri təqdim edir:

- Attestat (əsli);

- Şəxsiyyət vəsiqəsi (əsli);

-İş nömrəsi;

-Ödənişli əsaslarla qəbul olan abituriyentlər üçün ödəniş qəbzinin surəti ;

Təhsil haqqından azad olan tələbələr

- Məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları;

-  Şəhid ailələrinin üzvləri;

-Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş və ya  valideynlərindən  birini itirmiş digəri  I və ya II  qrup əlil olan  23 yaşınadək tələbələr;

-Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitutsiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları;

Qeydiyyatdan keçən tələbələrin nəzərinə!

Qeydiyyatdan keçdikdən sonra aşağıdakı  sənədləri  03.09.2018-13.09.2018 tarixinə qədər qəbul olduqları  fakültələrin dekanlıqlarına təqdim etməlidirlər.

-Attestat və ya diplom (əsli və surəti );

-Şəxsiyyət vəsiqəsi (surəti);

-3x4 ölcüdə  4 ədəd şəkil ;

-Hərbi bilet və ya  ilkin hərbi qediyyata alınma vəsiqəsi (əsli və surəti);

-Tibbi arayiş (U- 86 nömrəli forma);

- Ödənişli əsaslarla qəbul olan abituriyentlər: təhsil haqqı ödənilməsi  barədə bağlanmış müqavilə(surəti) və ödəniş qəbzi (surəti). Qəbzlərin əsli  tələbələrin özündə qalmalıdır.

Qeydiyyat 28 avqusta qədər davam edəcək.

Qeyd: Qeydiyyatda abituriyentlərin özləri şəxsən iştirak etməlidirlər.