Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-11 06:38:24
"DİM ali məktəblərin etməli olduğu bu işi özü görəcək"- EKSPERT
Azərbaycanda müəllim kimi fəaliyyət göstərən və müəllimlik ixtisasına qəbul olunan şəxslərin sayı durmadan artır. Onların ixtisaslı, peşəkar kadr kimi hazırlanması isə əsas məsələlərdən biridir.
 
Təhsil eksperti Kamran Əsədov AzEDU.az-a açıqlamasında bildirib ki, Azərbaycanda peşəkar, ixtisasını bilən kütləvi müəllim ordusunun formalaşmasında TQDK-nın (DİM) xüsusi rolu var:
“Məhz repetitor kimi qəbul imtahanlarına abituriyent hazırlaşdıran müəllimlər ixtisasını daha dərindən mənimsəyir, üzərində çalışır, yenilikləri öyrənir, testlər hazırlayırlar. Amma repetitorluqla məşğul olmayan müəllimlər bütün bunların az hissəsini edir. DİM indi də yeni standartlar əsasında müəllimlərin uzun müddət ərzində başa düşmədiyi kurikulum ilə müəllimlərin təliminə - marker təliminə başlayıb. Bu təlimlər 100 manatdır. Əslində, normal qiymətdir. Əsas qəbul imtahanlarında hansı standartlardan istifadə olunacağı və qiymətləndirmə meyarları kimi vacib nüanslar təlim iştirakçılarına öyrədiləcək.
Qısası, əslində ali təhsil müəssisələrində öyrədilməli olanı DİM öyrədəcək.
 
Çünki orta məktəb müəllimləri bu standartların tələblərinə uyğun demək olar ki, tədrisi qura bilmir və ya düzgün tətbiq etmir. Pedaqoji kadrların hazırlanması ilə məşğul olan universitetlər kurikulum barədə ya dərs keçmir, yada işini ancaq standartları əzbərlətməklə bitmiş hesab edir”.
 
Nəzrin  Rüstəmova