Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-17 11:42:54
Qızıl və gümüş medala layiq görülən Şəki məktəbliləri - SİYAHI

Şəki Şəhər Təhsil  Şöbəsinin  ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi  Mahal Məmmədov  Şəkinin bu il qızıl və gümüş medala layiq görülən məktəbliləri barəsində AzEdu.az-a məlumat verib.

Azərbaycan Respublikası təhsil nazirinin 10 avqust 2018-ci il tarixli əmri ilə ümumi təhsili 2017-2018-ci dərs ilində xüsusi nailiyyətlərlə başa vuran məzunlar qızıl və ya gümüş medallarla təltif olunublar.

Sevindirici haldır ki, qızıl medalla təltif olunanlar  arasında Şəki məktəblərinin də yetirmələri vardır. Onlarla tanış olun:

1.İmamverdiyeva Ayşən Elşən qızı – Şəki şəhəri 1 nömrəli tam orta məktəb;
2.Hüseynli Aytac Elçin qızı – Şəki şəhəri 5 nömrəli tam orta məktəb;
3.Kərimov Fərda Sahib oğlu – Şəki şəhəri 19 nömrəli tam orta məktəb,
4.Xəlil Yusuf Vüqar oğlu – Şəki şəhəri fizika-riyaziyyat və humanitar təmayüllü lisey.

Qızıl medallı məzunlarımızı həm bu münasibətlə,həm də etimadı doğruldaraq yüksək balla tələbə adı qazanmaları münasibətilə bir daha ürəkdən təbrik edirik.