Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-17 11:15:00
Bakı Ali Neft Məktəbinə qəbul olunan abituriyentlərin nəzərinə!

Ali məktəbə qəbul olunan şəxslərin qeydiyyatı artıq başlayıb.

AzEdu.az Bakı Ali Neft Məktəbinə qeydiyyat üçün tələb olunan sənədləri təqdim edir:

Abituriyentlər aşağıdakı sənədləri qeydiyyat komisiyasına təqdim etməlidirlər.

- Attestatın əsli;

-Şəxsiyyət vəsiqəsinin əsli və surəti (4 nüsxə);

- Tərcümeyi-hal;

- Çağırış vərəqəsinin (hərbi biletin) əsli və surəti (oğlanlar üçün);

- Sağlamlıq haqqında arayış (Forma 86);

- 3x4 ölçüdə 4 ədəd rəngli fotoşəkil;

- BANM-ə qəbul olduğu haqqında tqdk.gov.az saytından çıxarış;

- tqdk.gov.az saytına daxil olmaq üçün iş nömrəsi və kod (şifrə);

- ödənişli əsaslarla qəbul olunmuş Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş imtiyazlı abituriyentlər (məcburi köçkün və s.) üçün imtiyazlı olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti.

Qeydiyyat müddəti bitdikdən sonra qeydiyyatdan keçmiş hər bir abituriyentlə müəllimlər tərəfindən ingilis dili, kompüter və informasiya-kommunikasiya texnologiyaları bilikləri üzrə müsahibə keçiriləcək. Müsahibənin məqsədi bu fənlər üzrə eyni biliyə malik olan tələbələri bir qrupda cəmləmək və onlar üçün tədrisi təşkil etməkdir.

Qeydiyyat 16-dan 28-nə kimi, həftə içi hər gün saat 9:00-dan 18:00-dək, şənbə günləri 9:00-dan 13:00-dək  Xocalı prospekti, 30 ünvanında (Xətai metro stansiyası ilə üzbəüz) keçiriləcək.