Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-15 12:54:40
Magistraturalara qəbulun nəticələri haqqında statistik məlumatlar

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri ilə bağlı bəzi statistik göstəriciləri təqdim edirik.

AzEdu.az DİM-ə istinadən məlumat verir ki, 2018/2019-cu tədris ilində magistraturaya qəbul imtahanında iştirak etmək üçün ümumilikdə 12387 bakalavr qeydiyyatdan keçib. I mərhələdə müsabiqə şərtlərini ödəyən və ixtisaslaşma seçimində iştirak edən 7293 bakalavrdan 6388 nəfəri respublika ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olub. Lakin qəbul olan bakalavrlardan təqribən 9%-i qəbul olduğu ali təhsil müəssisəsində qeydiyyatdan keçməyib. Magistraturanın boş qalan plan yerinin müsabiqəsində iştirak etmək üçün isə 631 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 448 nəfər magistraturaya qəbul olub.

Beləliklə, müsabiqənin nəticələrinə əsasən, bu il 6269 bakalavr (Azərbaycan bölməsi üzrə 5752, rus bölməsi üzrə 517) magistratura səviyyəsinə qəbul olunmuşdur. Onlardan 2250 nəfəri dövlət sifarişi əsasında təhsil almaq hüququ əldə edib. Ali təhsil müəssisələrinə qəbul planı 74.87 % dolub. 2104 plan yeri (25.13 %) boş qalıb.

Magistraturaya qəbul 74 proqram üzrə aparılıb və proqramlar üzrə müsabiqə vəziyyəti müxtəlif olub.  Belə ki, ayrılmış 8373 plan yerinə qeyd olunduğu kimi 6269 bakalavr qəbul olub. Lakin proqramlar üzrə ayrılmış plan yerlərinin dolma göstəriciləri fərqlidir. Misal üçün, hidrometerologiya, hava nəqliyyatında texnoloji proseslərin və istehsalatın təhlükəsizliyi mühəndisliyi, dağ-mədən mühəndisliyi, nəqliyyat servisi, kosmik texnika və texnologiyalar mühəndisliyi, silah və silah sistemlərinin istehsal texnologiyası, yanğın təhlükəsizliyi mühəndisliyi ixtisaslarına aid 12, 25, 29, 57, 60, 61, 71 saylı proqramlara ayrılmış plan yerləri 100% dolub. Ancaq nəzərə almaq lazımdır ki, bu proqramlar üzrə plan yerlərinin sayı az idi və onların tam dolacağı əvvəlcədən gözlənilirdi.

Ən aşağı müsabiqə vəziyyətinin formalaşdığı dəmir yolu nəqliyyatı və təsərrüfatı mühəndisliyi, baytarlıq, filologiya və tərcümə, kitabxanaçılıq, dinşünaslıq, balıqçılıq, çoxişlənən malların texnologiyası mühəndisliyi sahələrinə aid 8, 30, 36, 39, 41, 43, 45, 51, 52, 72 saylı proqramlara ayrılmış plan yerlərinin 60%-dən çoxu boş qalmışdır. Bu proqamlar üzrə də plan yerlərinin dolmayacağı əvvəlcədən məlum idi. Belə ki, həmin proqramlar üzrə ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı plan yerlərindən az idi.

Say etibarilə ən çox bakalavrın müraciət etdiyi 26 (iqtisadiyyat) və 56 (MBA) saylı proqramlar üzrə də plan yerləri müvafiq olaraq 25.5% və 20.3% boş qalıb. Burada da ixtisaslaşma seçiminə buraxılanların sayı plan yerlərindən az olub.

Aşağıdakı cədvəldən hər bir proqram üzrə qəbul planı, qəbul edilənlərin sayı (qəbulolma faizi), vakant yerlərin sayı (faizi) ilə bağlı ətraflı məlumat əldə edə bilərsiniz.

Proqramlar üzrə ali təhsil müəssisələrinin magistraturalarına qəbulun nəticələrinə dair  statistika

  Qəbul planı Qəbul edilibdir (o cümlədən, d.s. əsasında) Qəbulolma faizi Vakant 
yerlərin
    Azərbaycan
 bölməsi
Rus bölməsi Bölmələr üzrə 
cəmi
  sayı (faizi)
Proqram 1   99 82 (41) 6 (2) 88 (43) 88.89 11 (11.11)
Proqram 2   73 37 (9) 6 (2) 43 (11) 58.90 30 (41.10)
Proqram 3   117 87 (41) 8 (3) 95 (44) 81.20 22 (18.80)
Proqram 4   30 28 (15) 0 (0) 28 (15) 93.33 2 (6.67)
Proqram 5   67 43 (34) 6 (2) 49 (36) 73.13 18 (26.87)
Proqram 6   105 68 (28) 6 (3) 74 (31) 70.48 31 (29.52)
Proqram 7   26 17 (13) 1 (0) 18 (13) 69.23 8 (30.77)
Proqram 8   13 5 (4) 0 (0) 5 (4) 38.46 8 (61.54)
Proqram 9   32 27 (15) 0 (0) 27 (15) 84.38 5 (15.63)
Proqram 10   25 11 (8) 0 (0) 11 (8) 44.00 14 (56.00)
Proqram 11   123 101 (71) 12 (4) 113 (75) 91.87 10 (8.13)
Proqram 12   12 12 (7) 0 (0) 12 (7) 100.00 0 (0.00)
Proqram 13   83 50 (28) 3 (3) 53 (31) 63.86 30 (36.14)
Proqram 14   475 404 (182) 33 (15) 437 (197) 92.00 38 (8.00)
Proqram 15   56 34 (18) 4 (2) 38 (20) 67.86 18 (32.14)
Proqram 16   124 103 (60) 8 (3) 111 (63) 89.52 13 (10.48)
Proqram 17   45 43 (27) 0 (0) 43 (27) 95.56 2 (4.44)
Proqram 18   95 70 (29) 9 (4) 79 (33) 83.16 16 (16.84)
Proqram 19   169 134 (55) 10 (1) 144 (56) 85.21 25 (14.79)
Proqram 20   47 20 (8) 1 (0) 21 (8) 44.68 26 (55.32)
Proqram 21   62 36 (24) 2 (1) 38 (25) 61.29 24 (38.71)
Proqram 22   135 94 (44) 4 (1) 98 (45) 72.59 37 (27.41)
Proqram 23   49 43 (18) 4 (2) 47 (20) 95.92 2 (4.08)
Proqram 24   28 21 (11) 0 (0) 21 (11) 75.00 7 (25.00)
Proqram 25   4 4 (3) 0 (0) 4 (3) 100.00 0 (0.00)
Proqram 26   1296 893 (339) 72 (21) 965 (360) 74.46 331 (25.54)
Proqram 27   338 312 (83) 13 (1) 325 (84) 96.15 13 (3.85)
Proqram 28   181 89 (58) 8 (5) 97 (63) 53.59 84 (46.41)
Proqram 29   6 6 (5) 0 (0) 6 (5) 100.00 0 (0.00)
Proqram 30   10 3 (2) 0 (0) 3 (2) 30.00 7 (70.00)
Proqram 31   130 125 (72) 3 (1) 128 (73) 98.46 2 (1.54)
Proqram 32   142 103 (51) 7 (3) 110 (54) 77.46 32 (22.54)
Proqram 33   177 130 (65) 8 (2) 138 (67) 77.97 39 (22.03)
Proqram 34   92 81 (35) 2 (0) 83 (35) 90.22 9 (9.78)
Proqram 35   65 29 (21) 1 (1) 30 (22) 46.15 35 (53.85)
Proqram 36   32 10 (9) 0 (0) 10 (9) 31.25 22 (68.75)
Proqram 37   53 37 (11) 1 (0) 38 (11) 71.70 15 (28.30)
Proqram 38   294 188 (42) 0 (0) 188 (42) 63.95 106 (36.05)
Proqram 39   47 1 (0) 4 (0) 5 (0) 10.64 42 (89.36)
Proqram 40   326 293 (99) 12 (0) 305 (99) 93.56 21 (6.44)
Proqram 41   123 27 (6) 6 (3) 33 (9) 26.83 90 (73.17)
Proqram 42   94 61 (25) 5 (1) 66 (26) 70.21 28 (29.79)
Proqram 43   84 9 (8) 2 (2) 11 (10) 13.10 73 (86.90)
Proqram 44   44 8 (8) 1 (1) 9 (9) 20.45 35 (79.55)
Proqram 45   33 13 (8) 0 (0) 13 (8) 39.39 20 (60.61)
Proqram 46   141 106 (65) 1 (1) 107 (66) 75.89 34 (24.11)
Proqram 47   232 91 (47) 13 (8) 104 (55) 44.83 128 (55.17)
Proqram 48   66 41 (26) 3 (2) 44 (28) 66.67 22 (33.33)
Proqram 49   126 108 (49) 9 (1) 117 (50) 92.86 9 (7.14)
Proqram 50   66 38 (11) 1 (0) 39 (11) 59.09 27 (40.91)
Proqram 51   16 1 (0) 0 (0) 1 (0) 6.25 15 (93.75)
Proqram 52   10 4 (3) 0 (0) 4 (3) 40.00 6 (60.00)
Proqram 53   82 43 (17) 8 (2) 51 (19) 62.20 31 (37.80)
Proqram 54   38 26 (13) 2 (1) 28 (14) 73.68 10 (26.32)
Proqram 55   24 17 (16) 2 (2) 19 (18) 79.17 5 (20.83)
Proqram 56   1555 1053 (2) 186 (0) 1239 (2) 79.68 316 (20.32)
Proqram 57   6 6 (4) 0 (0) 6 (4) 100.00 0 (0.00)
Proqram 58   20 11 (8) 5 (5) 16 (13) 80.00 4 (20.00)
Proqram 59   60 45 (10) 4 (2) 49 (12) 81.67 11 (18.33)
Proqram 60   4 2 (2) 2 (2) 4 (4) 100.00 0 (0.00)
Proqram 61   4 4 (4) 0 (0) 4 (4) 100.00 0 (0.00)
Proqram 62   4 3 (3) 0 (0) 3 (3) 75.00 1 (25.00)
Proqram 63   4 3 (3) 0 (0) 3 (3) 75.00 1 (25.00)
Proqram 64   4 3 (3) 0 (0) 3 (3) 75.00 1 (25.00)
Proqram 65   4 3 (3) 0 (0) 3 (3) 75.00 1 (25.00)
Proqram 66   10 4 (4) 4 (2) 8 (6) 80.00 2 (20.00)
Proqram 67   10 8 (6) 0 (0) 8 (6) 80.00 2 (20.00)
Proqram 68   108 64 (32) 6 (5) 70 (37) 64.81 38 (35.19)
Proqram 69   32 16 (12) 1 (0) 17 (12) 53.13 15 (46.88)
Proqram 70   58 45 (30) 2 (2) 47 (32) 81.03 11 (18.97)
Proqram 71   5 5 (5) 0 (0) 5 (5) 100.00 0 (0.00)
Proqram 72   16 6 (5) 0 (0) 6 (5) 37.50 10 (62.50)
Proqram 73   5 3 (3) 0 (0) 3 (3) 60.00 2 (40.00)
Proqram 74   2 1 (0) 0 (0) 1 (0) 50.00 1 (50.00)
Cəmi   8373 5752 (2126) 517 (124) 6269 (2250) 74.87 2104 (25.13)

Qeyd edək ki, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerlərinə qəbul olanlar 2018-ci il avqustun 16-dan  24-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olanlar siyahısından xaric ediləcəklər.