Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-14 15:00:22
AzEdu.az və Modern.az 700 bal toplayanları bir araya gətirdi, Nar Mobile mükafatlandırdı – FOTOLAR

Avqustun 14-də builki qəbul imtahanlarında 700 bal toplayan abituriyentlər AzEdu.az Azərbaycan Təhsil Portalının, Modern.az İnformasiya Agentliyinin təşkilatçılığı və Nar Mobile-ın dəstəyi ilə baş tutan tədbirdə ilk dəfə bir araya gəliblər.

Tədbirdə millət vəkilləri, Azərbaycan Respublikası Təhsil  Nazirliyinin və Dövlət İmtahan Mərkəzinin nümayəndələri, tanınmış ictimaiyyət nümayəndələri iştirak edib.

Modern.az-ın təşəbbüsü ilə hər il keçirilən və artıq ənənə şəklini alan bu cür tədbirlərin məqsədi təhsil qəhrəmanlarının ölkə miqyasında tanıdılması, eyni zamanda, onların  gələcəkdə qəbul imtahanlarında iştirak edəcək digər abituriyentlərə örnək olaraq, aşılamaqdır.

 “Nar” çoxşaxəli korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində 2018-ci ildə ali məktəblərə qəbul imtahanları zamanı ən yüksək nəticə göstərərək 700 bal toplamış abituriyentləri  qiymətli hədiyyələrlə mükafatlandırıb.

İctimaiyyət və media nümayəndələrinin iştirakı ilə keçirilən mükafatlandırma mərasimində Azərbaycanın müxtəlif  bölgələrini təmsil edən və ilin ən uğurlu abituriyenti adını qazanan 29 gəncə “Nar” operatoru adından ən müasir smartfonlar, eləcə də mobil internet və zənglər üçün ödənişsiz balans təqdim edilib.

Tədbirdə iştirak edən qonaqlar abituriyentlərlə yaxından tanış olmaq və onları şəxsən təbrik ediblər. “Nar” operatorunun ictimaiyyətlə əlaqələr üzrə rəhbəri Əziz Axundov da, öz növbəsində, gəncləri təbrik edərək onlara gələcək karyeralarında müvəffəqiyyətlər arzulayıb.

İştirakçılardan millət vəkili Mahir Abbaszadə tədbirin əhəmiyyəti barədə söz açıb:

“Bu il 700 bal toplayan gənclərin sayının artması təhsilə olan qayğının, diqqətin çoxluğundan irəli gələn məsələdir. Sizlər təhsilin qəhrəmanlarısınız. Bu uğurlarınızı davam etdirməyi və gələcəkdə də qəhrəman olaraq qalmağı sizə arzu edirəm”.

AzEdu.az və Modern.az saytının baş direktoru Elşad Eyvazlı tədbirdə iştirak edən qonaqları salamlayaraq maksimum nəticə göstərən abituriyentləri təbrik edib:

 “Modern.az  və Nar Mobile-ın təşkilatçılığı ilə keçirilən bu tədbir artıq ənənə halını alıb. Hazırda əvvəlki illərdə 700 bal toplayan gənclər də qonaqlar arasında əyləşiblər. Bəzən elə hallar müşahidə olunur ki, yüksək nəticə göstərən abituriyentin ali məktəbdə kəsri olur. Sizə ali təhsilinizi də uğurla davam etdirməyinizi və gələcəyin ən peşəkar mütəxəsisslərinə çevrilməyinizi arzu edirəm”.

Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri  Firudin Həmzəyev çıxışı zamanı tədbirin yüksək səviyyədə təşkil olunduğunu üçün təşkilatçılara təşəkkür edib:

“Təhsil Nazirliyinin rəhbərliyi adından bu tədbirin təşkilatçılarına, Modern.az və AzEdu.az saytının rəhbərliyinə, o cümlədən millət vəkillərinə öz təşəkkürümü bildirirəm. 700 bal toplayan gəncləri, valideynləri təbrik edirəm. Digər illərlə müqayisədə 700 bal toplayanların sayı 2 dəfə artıb. Bu təhsilə göstərilən qayğının təzahürüdür”.

Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətinin rəhbəri Xanlar Xanlarzdə artıq ikinci ildir ki, bu tədbirdə iştirak etdiyini vurğulayıb:

“Ötən il 15 nəfər 700 bal toplamışdı, bu il isə onların sayı artıb. 700 bal toplayan gənclərin sayının artması bizi sevindirir. Bu hələ başlanğıcdır, sizə qarşıda uzun yol gözləyir. Bu uğuru gələcəkdə də davam etdirmək lazımdır”

Qeyd edək ki, təhsil “Nar” operatorunun KSM strategiyasının ən vacib istiqamətlərindən biridir. Gənclərdə oxumaq həvəsi oyatmaq, layiqli təhsil almaları üçün onlarda motivasiya yaratmaq mobil operatorun ən ümdə məqsədlərindən biridir. Belə stimullaşdırıcı proqramlardan biri də Azərbaycan Texniki Universiteti ilə imzalanmış tərəfdaşlıq müqaviləsi çərçivəsində həyata keçirilir. Belə ki, mobil operator universitetdə ən müasir avadanlıqlarla təchiz edilmiş “Nar” GSM laboratoriyası yaratmış, semestr ərzində Radiotexnika və rabitə fakültəsinin ən yaxşı nəticə göstərmiş tələbələrini  xüsusi hədiyyələrə layiq görmüşdür. Təhsil və maariflənmənin inkişafına xüsusi önəm verən “Nar” bu kimi təşəbbüslərlə tələbələrə dərslərində daha uğurlu olmaları üçün əlavə stimul verməyə çalışır.   























Nəzrin Rüstəmova
Müəllifin digər yazıları