Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-14 14:45:00
Gənclər  imkansız  uşaqlara məktəbli ləvazimatı almaq  üçün kampaniya keçirir: “ Lazım olan məbləğin yarısını da toplamamışıq”

Yazar Səbuhi Şahmursoy və bir qrup gənc tərəfindən  maraqlı layihəyə start  verilib.

AzEdu.az-a layihəylə bağlı danışan Səbuhi Şahmursoy  bildirib ki, onlar ilk olaraq Şirvan şəhərində yaşayan imkansız ailələrdən olan 21 uşağın məktəbə gedə bilməsi üçün lazım olanları almağı qərarlaşdırıblar:

“Təşəbbüsmən də başda olmaqla,  bir qrup gənc tərəfindən irəli sürülüb. O ailələr elə bir maddi vəziyyətdədirlər ki, dolanmağa belə imkanları yoxdur.Həmin uşaqların əksəriyyəti məktəb üzü görməyib. Buna görə,  ilk Şirvan şəhərində yaşayan imkansız ailələrə kömək etmək istədik. Əlbəttə, lazım olan məbləğ toplanandan və hər şey alınandan sonra bunu dostlarla ünvanlarına çatdırıb, ictimaiyyətə fotolu—videolu açıqlama da verəcəyik. Təxmini hesablamalarımıza görə, hər uşağa məktəbli forması, ayaqqabı, çanta və məktəb ləvazimatları üçün 120 manat pul lazımdır. Bu da ümumi olaraq 2520 manat edir”.

Şahmursoy əlavə edib ki, insanların çoxu bizim işimizə müsbət reaksiya verib, amma bu, lazım olan məbləğin yarısının toplanmasına belə vəsilə olmayıb:

“Eyni zamanda bəzi zənglər və mesajlar göstərir ki, bu tip aksiyalara bir çoxunun inamsızlığı var, amma məni şəxsən tanıyanlar buna şübhə etmir. Bundan əvvəl dəfələrlə bu cür aksiyaların altından alnıaçıq çıxmışıq və bütün işlərdən yalnız mənəvi təmənnamız olub”.

Qeyd edək ki, məsələylə bağlı aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz.

Səbuhi: 051 784 23 77

Fəxrəddin: 055 960 99 09

Bankhesabı:

kapital bank, 4169 7413 8481 7530, NazrinNagdaliyeva, 02/21