Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-14 12:20:00
MİQ-də iştirak edən müəllimlərə MÜRACİƏT:  “Yazılanlara inanmayın, nazirliyin vahid qərarı yoxdu”

“Müəllimlərin ikinci turda müddətsiz müqavilə ilə işə qəbul olunması haqda sosial şəbəkələrdəki qeyri-leqal yazılara inanmayın. Təhsil Nazirliyinin hələ ki, bununla bağlı vahid qərarı yoxdur”.

Bu barədə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzinin əməkdaşı deyib. O, müəllimlərə etdiyi müraciətində onları yayılan yanlış informasiyalara inanmamağa çağırıb:

“Hazırda ikinci turun müddətsiz keçirilməsi ilə bağlı rəhbərliyə edilən çoxsaylı sorğular araşdırılır. Müddətsiz müqavilə ilə bağlı sosial şəbəkələrdəki qeyri-leqal yazılara inanmayın. Təhsil Nazirliyinin hələ ki, bununla bağlı vahid qərarı yoxdur.

Əgər, qərar verilərsə birinci turun müsahibələri bitəndən sonra ikinci tur, ardınca isə müddətlilərin işə qəbulu prosesi aparılacaq”.

Qeyd edək ki, hazırda müəllimlərin işə qəbul imtahanlarının müsahibə mərhələsi davam edir. Müsahibələr yekunlaşdıqdan sonra isə ikinci turda vakant yerlərə seçim başlanacaq. Müsahibələr avqustun 18-dək davam edəcək bu mərhələdə Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, ibtidai sinif, fiziki tərbiyə, informatika, kimya, fizika, texnologiya, alman dili, fransız dili, rus dili və ədəbiyyatı, rus dili, biologiya, riyaziyyat, coğrafiya, ingilis dili, tarix, musiqi və təsviri incəsənət fənləri üzrə keçiriləcək müsahibələrdə 4337 namizədin iştirakı nəzərdə tutulub.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları