Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-14 11:02:00
İxtisas seçimi başa çatdı – Son rəqəmlər, aşağı düşən statistika

2018-2019-cu tədris ili üçün ali məktəblərə qəbul olmaq istəyən abituriyentin ixtisas seçimi üçün elektron ərizə qəbulunun başa çatdı.

AzEdu.az DİM-ə istinadən məlumat verir ki, hazırda bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrinin sayı, müsabiqəyə buraxılanlar və plan yerləri üzrə son vəziyyət belədir:

I qrup - Azərbaycan bölməsi - 13307, rus bölməsi - 1294, cəmi-14601,  müsabiqəyə buraxılanların sayı - 16649 nəfər, plan yeri - 14475;

II qrup:  Azərbaycan bölməsi - 9907,  rus bölməsi - 1052 , cəmi – 10959,  müsabiqəyə buraxılanların sayı - 11698 nəfər, plan yeri 13395;

III qrup – Azərbaycan bölməsi - 11486 , rus bölməsi - 900, cəmi-12386 , müsabiqəyə buraxılanların sayı - 14143 nəfər, plan yeri – 10601;

IV qrup – Azərbaycan bölməsi - 3295 , rus bölməsi-307, cəmi -  3602,  müsabiqəyə buraxılanların sayı -  4079 nəfər,  plan yeri – 3315I;

II-III-IV qruplar üzrə 37995 abituriyent  Azərbaycan bölməsi üzrə,  3553  rus bölməsi üzrə, ümumilikdə 41548 abituriyent elektron ərizəsində ixtisas seçimi edib.

V qrup – Azərbaycan bölməsi - 3190 , rus bölməsi - 401  cəmi - 3591

Bütün ixtisas qrupları üzrə hazırda olan məlumata görə, 41184 abituriyent Azərbaycan, 3954 rus bölməsi, ümumilikdə 44815 abituriyent (54733 abituriyent müsabiqəyə buraxılmışdı) ixtisas seçimini edərək elektron ərizəsini təsdiq edib (ali məktəblərin plan yerinin sayı 45159 -dir).