Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-14 10:40:59
9594 abituriyent ərizəsini təsdiq etmədi

Ali məktəblərə ixtisas seçimi bu gün saat 10:00-da başa çatıb.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə, ümumilikdə 9594 nəfər ixtisas seçimində iştirak etməyib.

Beləliklə müvafiq olaraq qruplar üzrə ixtisas seçimində iştirak etməyənlərin sayı aşağıdakı kimidir:

I qrup üzrə 2048 nəfər;
II qrup üzrə 739 nəfər;
III qrup üzrə 1757 nəfər;
IV qrup üzrə 477 nəfər;
V qrup üzrə 4573 nəfər.

Qeyd edək ki, 4 ixtisas qrupu üzrə ümumilikdə 44.815 nəfər ərizəsini təsdiq edib.