Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-14 10:31:00
İmtahan nəticələri bu gün açıqlanacaq? - Ekspert gözləntisi

Ali məktəblərə bakalavriat səviyyəsi üzrə ixtisas seçimləri bu gün saat 10:00-da başa çatdı.

AzEdu.az xəbər verir ki, ümumilikdə 44815 nəfər ixtisas seçimini təsdiq edib. Qruplar üzrə uyğun statistik göstəricilər aşağıdakı kimidir:

I qrup: 14601
II qrup: 10959
III qrup: 12386
IV qrup: 3602
V qrup: 3591

Təhsil eksperti Elçin Əfəndi “facebook” hesabında bildirib ki,  nəticələrin bu gün 19:00-dan sonra elan olunması nəzərdə tutulur.