Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-14 09:00:00
İxtisas seçiminə son 1 saat qaldı

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün tələb olunan müsabiqə şərtini ödəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 10:00-dək başa çatır.

AzEdu.az xəbər verir ki, ixtisasları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə tövsiyə olunur ki, qeyd olunan tarixədək ərizələrini təsdiq etsinlər.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ndə ixtisasları seçmiş və təsdiq etmiş abituriyentlər buraxılacaqlar.