Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-13 14:44:37
AzEdu.az-dan səs-küy yaradacaq MÜSABİQƏ: Yazı yaz, hədiyyə qazan və “Ayın müəllimi” ol!

AzEdu.az  “Ucqar kənd müəllimləri şəbəkəsi”  layihəsi qısa vaxtda xeyli rəğbət qazandı.  

Xatırladaq ki, layihə vasitəsilə AzEdu.az bölgələrdə çalışan gənc müəllimləri şəbəkə şəklində bir araya gətirəcək.

Layihəni keçirməkdə məqsəd, həmin müəllimlə "təmsilçisi" olduğu bölgənin təhsil problemləri və perspektivini, mediaya çatdırılmalı olan məsələləri aydınlaşdırmaq və bir şəbəkədə birləşməkdir. Bu şəbəkədə birləşərək koordinatorlarla birlikdə bölgə məktəblilərinə müxtəlif mövzularda seminar və təlimlər təşkil ediləcək.

Şəbəkə üzvləri seminar və təlimlər təşkil etdiyimizdə layihənin təmsil etdiyi bölgədəki koordinasiya işlərini yerinə yetirəcək.

Təhsil portalı ilk olaraq, şəbəkəyə üzv olan müəllimlər arasında müsabiqə təşkil edir. Müsabiqəyə həmçinin, üzv olmayanlar müəllimlər də qatıla bilərlər.

Müsabiqə çərçivəsində müəllimlər portalın qoyduğu konrekt  mövzu ətrafında öz mülahizələrini irəli sürərək, həcmindən asılı olmayaraq, yazı yazacaqlar. Yazıda 3T prinsipinin  - təqdir, tənqid və təklif – hər biri keçərlidir. Bu,  təbii ki, müəllimin fərdi yanaşmasından asılı olaraq, dəyişəcək.

Daha sonra sosial şəbəkələrdə ən çox  bəyənilən, paylaşılan və müzakirəyə səbəb olan 10 yazı final mərhələsi üçün seçiləcək.

Seçilmiş 10 yazı AzEdu.az portalında səsverməyə təqdim ediləcək. Bu zaman oxucuların həmin yazılara daxil olub oxumaq və daha sonra bəyəndiklərinə səs vermək imkanı da olacaq.

Beləliklə, səsvermədə ən çox səs toplayan 3 yazı ayın qalibi elan ediləcək. Müəllif müəllimlər isə portal tərəfindən “Ayın müəllimi” elan olunmaqla, rəmzi mükafatla mükafatlandırılacaqlar.

Qeyd edək ki, yarışma hər ay təşkil olunacaq və mövzular da mütəmadi olaraq yenilənəcək.