Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-13 13:20:00
İxtisas seçiminin vaxtı bu halda uzadıla bilər- Hər şey onlardan asılıdır

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə ixtisas seçimi iyulun 30-da başlayıb və avqustun 13-ü, yəni bu gün saat 23:59-dək davam edəcəyi nəzərdə tutulur.

AzEdu.az xəbər verir ki, ixtisas seçimi edib ərizəsini təsdiq etməyənlərin sayı  bu günə olan məlumata görə, 10444 nəfərdir.  Yalnız onlardan 2000-ə yaxını ixtisas seçimini edib, amma yadda saxlayıb, yəni ərizəsini təsdiq etməyib. Əgər bu şəxslər  axşam saat 23:59-dək seçimlərini təsdiq edərsə, əlavə vaxt verilməyəcək. Əks halda, ixtisas seçiminin vaxtı uzadıla bilər.

Abituriyentlərə qeyd olunan vaxta qədər öz seçimlərini dəqiqləşdirməyi və ixtisas seçimi edib ərizələrini təsdiq etməyi tövsiyə olunur.