Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-13 12:39:00
Eyni bal toplayan abituriyentlər hansı şərtlər əsasında fərqləndirilir? – Bunları mütləq öyrənin!

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə iyulun 30-da başlanan ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

DİM-dən  verilən məlumata görə, ümumilikdə, 2850 nəfər ixtisas seçimi etsə də, ərizəsini təsdiqləməyib.

İxtisas seçimi zamanı uyğun plan yerlərinə tələbə qəbulu abituriyentlərin imtahan balı, seçdiyi ixtisasların ardıcıllığı, plan yerləri nəzərə alınmaqla aparılır. Amma qəbul imtahanlarında bərabər bal toplayan xeyli abituriyent olur. Bəs bu zaman  hansı əsas göstəricilər nəzərə alınır?

Ali təhsil müəssisələrinin I və IV ixtisas qruplarındakı ixtisaslar üzrə müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə qeyd olunan ardıcıllıqla əlavə göstəricilərdən istifadə edilir.

AzEdu.az bu şərtləri təqdim edir:

-Təhsil haqqında sənəddə (attestat) Tədris dili, Ədəbiyyat, Xarici dil, Riyaziyyat, Azərbaycan tarixi, Ümumi tarix, Fizika, Kimya, Biologiya, Coğrafiya fənləri üzrə yazılan yekun qiymətlərin ədədi ortası;

-Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanının yekun balı;

-Qəbul imtahanının əsas fənləri üzrə nisbi balların cəmi;

-Qəbul imtahanlarının əsas fənləri üzrə düzgün cavab sayının cəmi;

-Qəbul imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla həmin fənlərdən ayrılıqda toplanılan nisbi balların miqdarı;

-Qəbul imtahanlarının fənlər üzrə bütövlükdə düzgün cavabların sayı;

-Qəbul imtahanı fənlərinin üstünlük dərəcəsini nəzərə almaqla ayrılıqda həmin onlar üzrə düzgün cavabların sayı.

V ixtisas qrupunda isə müsabiqə abituriyentin qabiliyyət imtahanlarında topladığı bal əsasında aparılır. Yekun  balı eyni olan iki və daha çox abiyuriyenti bir-birindən fərqləndirmək məqsədilə isə müəyyən ardıcıllıqla əlavə göstəricilərdən istifadə olunur:

-Abituriyentin qəbul imtahanında topladığı ümumi bal;

-Riyaziyyat fənni üzrə balın miqdarı;

-Təhsil haqqında sənəddə (attestat) Tədris dili, Ədəbiyyat, Xarici dil, Riyaziyyat, Azərbaycan tarixi, Ümumi tarix, Fizika, Kimya, Biologiya, Coğrafiya fənləri üzrə yazılan yekun qiymətlərin ədədi ortası;

-Azərbaycan dili və ya rus dili fənni üzrə balın miqdarı.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları