Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-12 14:40:30
Müəllimlərdən nazirliyə müraciət: "İkinci mərhələdə müddətsiz müqavilə ilə işləmək üçün şans yaradılsın"

Əvvəlki qaydalara əsasən, müəllimlərin işə qəbulu imtahanlarının ikinci mərhələsindən uğurlu keçən namizədlər müddətsiz müqavilə ilə fəaliyyət göstərə bilirdilər. Builki dəyişikliyə əsasən, artıq ikinci mərhələdə iştirak edənlər yalnız müddətli müqavilə əsasında işləyə biləcəklər. Bu qayda isə bir çox müəllimi qane etmir. Onlar yüksək bal topladıqlarına baxmayaraq, ucqar kəndlərdə belə fəaliyyət göstərə bilmədiklərindən narazıdırlar.  

Belə şikayətlərdən biri də AzEdu.az-a Fiziki tərbiyə müəllimi Abdullayeva Esmira tərəfindən daxil olub. Müəllimə bildirib ki, qardaşı Abdullayev Elşad fiziki tərbiyə üzrə 41bal toplasa da, ucqar kəndə də düşə bilməyib:

“Bir çox müəllimlər yüksək bal topladıqları halda vakansiya mərhələsindən keçə bilməyiblər. Təhsil Nazirliyi həmişə müəllimləri nəzərə alıb. İstəyirik ki, ikinci turda da müəllimlərə müddətsiz müqavilə əsasında çalışmaları üçün şans verilsin. O qədər zəhmət çəkən müəllimlərin əziyyəti yerdə qalmasın. 56-57 balla belə müsabiqədən kənarda qalanlar var. Qardaşım 41 balla ucqar kəndə belə düşə bilməyib. Əvvəlki kimi indi də müddətsiz müqavilə ilə olsun, istədiyimiz ucqar kəndləri yazaq. Ətrafımda 45-48, hətta tarix və coğrafiyadan 54-56 balla vakansiyalara düşə bilməyənlər var. Müəllimlərin adından xahiş edirəm ki, istəyimizi nəzərə alsınlar”.

Qeyd edək ki, MİQ üzrə vakansiya seçimi artıq başa çatıb. Avqustun 13-dən müsahibə mərhələsinə start verilir. İkinci mərhələnin tarixi ilə bağlı isə rəsmi açıqlama yoxdur.