Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-12 11:46:00
Müəllimlər məktəblərə yatırılan maliyyənin artırılmasını tələb edirlər – hər iki müəllimdən birinin istefa etdiyi ölkə

Müəllimlik vəzifəsini icra etmək məsuliyyətli işdir. Bunun üçün əsas tələb olunan şəxsi keyfiyyət isə səbrdir.

AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da müəllimlərin 14 faizi birinci ilini başa vurmadan işlərindən istefa edirlər. 

Statistikaya əsasən, bu nisbət üç ildən sonra 33 faizə qalxır. Lakin beş il işləyəndən sonra faiz dərəcəsi artaraq, hər iki müəllimdən birinə düşür. Beləliklə, müəllimlərin 50 faizi vəzifəsindən istefa edir.

Qeyd edək ki, bu ilin aprel ayında ABŞ-da  müəllimlər nümayişlərdə iştirak etmək üçün bir neçə ştatdan paytaxta yollanmışdılar. Onlar əmək haqlarının və məktəblərə ayrılan maliyyənin artırılmasını tələb edirdilər.