Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-09 14:05:00
Təhlükəli zonalarda, yük maşını, qayıq və taksidə keçirilən dərslər

İndoneziyanın Kamboca vilayətində Norveç Sahibkarlar Dərnəyi tərəfindən yaradılan bir məktəb ucqar kəndlərdə yaşayan uşaqlara kitablar paylayır və xüsusi  dərslər keçir.

AzEDU.az BBC-yə istinadən məlumat verir ki, Kambocada təhsil almaq çətin və bahalı olduğundan, layihəyə qoşulan könüllülər buranın ucqar vilayətlərində yaşayan uşaqlara yük maşını, qayıq və taksi vasitəsilə dərslər keçirlər.

Könüllülər uşaqlara oxuma-yazma, riyaziyyat və digər fənnlər öyrədir, məşhur Kamboca hekayələrini nəql edilər. Ən vacib məqsədləri isə valideynlərin uşaqları məktəbə göndərməyə təşviq edilməsidir.

Burada yaşayan valideynlərin aylıq gəlirləri aşağı olduğundan, uşaqlar özlərindən kiçik bacı-qardaşlarını dolandırmaqla və ailə saxlamaqla məşğul olurlar. Vilayətdə məktəbə getməyən uşaqların əksəriyyəti gələcəyin narkotik aludəçisinə çevrilir.

Seavsean adlı 10 yaşındakı qız ucqar bir kənddə valideynləri ilə birgə yaşayır. Atası içki düşkünüdür və qazandıqları bütün pulları içki almaq üçün xərcləyir. Lakin, o, könüllülərin dərslərində iştirak etdikdən sonra içkini tərgidərək yeni iş tapmağı bacarır. Seavsean isə orta məktəbdə təhsil almağa başlayır.

Məktəb, Kambocada ödənişsiz təhsili həyata keçirən ilk qurum deyil.

Qeyd edək ki, İndoneziyada internetdən istifadə və digər texniki imkanlardan yararlanmaq çox  baha olduğundan, Oxsford Universiteti mütəmadi olaraq müasir texnoloji avadanlıqlara sahib yük maşınlarını bir araya gətirərək indoneziyalı şagirdlərlə amerikalı müəllimlərin görüşlərini təşkil edir.

Nəzrin Rüstəmova

 

28870853_1707535349308512_6736931996510978048_n.jpg

28907947_1665595510144569_348305185_n.jpg

28795506_1707535355975178_8027668895588417536_n.jpg

28795670_1707535452641835_3800428719835709440_n.jpg

28783258_1707535352641845_1205660236963119104_n.jpg

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları