Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-10 10:45:27
Körpünün altında dərs keçən müəllim – 300 şagirdin oxuduğu məktəbin hekayəsi

46 yaşındakı Rajeş Kumar Şarma, Hindistanın paytaxtı Yeni Delhidə bir körpü altında məktəb quraraq orada təhsilin inkişafına töhvə verir.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, bu körpünün altındakı Şarmanın pulsuz, açıq məktəbi miqrantların, gündəlik əmək haqqı və mövsümi işçilərin uşaqlarına və bir çox imkansız ailələrin övladlaına təhsil alma şansı tanıyır.  Məktəbdə, təxminən, 300 şagird oxuyur. 2016-cı ildə açılan bu məktəbin artıq 2-ci ili tamam olur.

Şarma mediaya açıqlaması zamanı qeyd edib ki, o, sırf yoxsul olduqları üçün itib-batan bir gənclik görmək istəmir:

"Maddi sıxıntılardan dolayı mən mühəndis ola bilmədim. Məktəbdən ayrılmaq məcburiyyətində qaldım. İndi bu uşaqları belə xoşbəxt görəndə sanki arzularım reallaşır", - deyə Sharma danışır.

Məktəb səhər saatlarında iki saat müddətinə oğlan şagirdlərə dərs verir. Nahardan sonra isə 120 qız iki saatlıq müddətinə dərs alır. Bu şagirdlərin çoxu dövlət məktəblərində təhsil alsalar da, bu məktəb onlara əlavə riyaziyyat, ingilis, hind, elm, tarix və coğrafiya dərslərini tədris edir. Hər səhər şagirdlər dərs başlamazdan əvvəl “məktəbi” özləri təmizləyir, yerləri silirlər.

AzEdu.az məktəbdən fotoları təqdim edir: