Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-09 19:52:17
Misir piramidalarından da qədim sərdabə kəşf edildi  
Arxeoloqlar Rusiyanın Rostov vilayətinin Aksay şəhərindəki tikinti aparılan yolda qədim sərdabə kəşf ediblər.

AzEdu.az xəbər verir ki, sərdabə eramızdan əvvəl IV minilliyə aiddir.

“Altı min il əvvələ aiddir, Misir piramidalarından min il əvvəl. Alimlərin fikrinə görə, bu kəşfi unikal elmi sensasiya adlandırmaq olar”, - deyə məlumatda bildirilir.

Qazıntılar zamanı arxeoloqlar iri daş tikili tapıblar. Bu, yeraltı katakomba kamerasıdır. Burada yaxşı vəziyyətdə qalmış qablar, atlara aid əşyalar, silahlar tapılıb. Tapıntılar sərdabənin tanınmış şəxsə aid olduğunu göstərir. 

Arxeoloqlar qeyd ediblər ki, ərazidə kurqan olduğu barədə məlumat çoxdan var. XIX əsrə aid xəritədə bu kurqan “Fiqurin” kimi göstərilib. (ölkə.az)