2018-08-09 09:34:07
Almaniyada qədim Roma dövrünə aid kitabxana aşkar edilib
Almaniyada avtomobil saxlama meydançalarından birində aparılan qazıntılar zamanı qədim Roma dövrünə aid kitabxana aşkar edilib.
AzEdu.az "The Guardian” qəzetinə istinadla xəbər verir ki, Almaniyanın Köln şəhərinin mərkəzində yerləşən bu kitabxana Roma imperiyasının şimal-qərb əyalətlərinin ən qədim kitabxanası hesab olunur. Qədim tikilinin divarlarında 20 min papirus saxlanması üçün oyuqlar mövcuddur.
Köln şəhərinin əsası eramızın 50-ci ilində romalılar tərəfindən qoyulub. O zaman Roma imperiyasının bu əyaləti "Germania” adlanırdı. Arxeoloqların qənaətinə görə, kitabxana eramızın II əsrində - müasir Türkiyə ərazisində yerləşən Efes kitabxanası ilə eyni vaxtda tikilib. Kölndəki Roma Muzeyinin əməkdaşı Dirk Şmit bildirib ki, hər iki kitabxananın binası ictimai mərkəz kimi də istifadə olunub. Belə ki, imperiyanın bu əyalətlərdəki hakimiyyət nümayəndələri burada mütaliə ilə yanaşı, məsləhətləşmələr də aparıblar.
Bu tapıntının qiymətli olduğunu nəzərə alan yerli hökumət avtomobil parkının yenidən qurulması zamanı onun qorunması üzrə layihə hazırlayıb. Belə ki, qazılmış ərazinin üzəri xüsusi şüşə ilə örtüləcək və buraya gələnlər yuxarıdan qədim kitabxananın qalıqlarını görə biləcəklər.
Bu bölməyə aid digər xəbərlər
Məktəbdə qısaqapanma: Şagirdlər təxliyyə olundu - YENİLƏNİB
2024-04-24 12:59:00
Sabah Bakıda 28, rayonlarda 31 dərəcə isti olacaq
2024-04-24 11:40:31
“Altsheymer”ə çarə axtaran “Sabahın alimləri” – Onlar kimdir?
2024-04-24 10:17:00
“Tarixdə bu gün”- 24 apreldə nələr baş verib?
2024-04-24 09:00:00
Bu günün hava proqnozu
2024-04-24 08:36:38
Alimlər məktəblilərə narkomaniyanın fəsadlarından danışıblar
2024-04-23 16:37:20
Prezident: Gənc nəslin təhsili əsas prioritetlərimizdən biridir
2024-04-23 16:24:14
Latviya məktəblərində rus dilinin tədrisi qadağan edilib
2024-04-23 15:22:41
Sabah 30 dərəcə isti olacaq
2024-04-23 13:04:41
Abşeron-Xızı RTİ-də 18 şagird inkluziv təhsilə cəlb olunub
2024-04-23 11:40:00
kitabı
ÇOX OXUNANLAR
18 Aprel 2024, 12:35
Sertifikasiya imtahanının vaxtı AÇIQLANDI
18 Aprel 2024, 10:04
DİM-dən 17 mart buraxılış imtahanının nəticələri ilə bağlı AÇIQLAMA
20 Aprel 2024, 17:42
300 bal toplayan 9-cular - Onlar bu liseyin şagirdləridir
17 Aprel 2024, 10:21
Sertifikasiya:“Müəllimlərin hazırlığa getməsi qəbuledilməzdir”
19 Aprel 2024, 16:54
Qəbul imtahanında hansı yeniliklər olacaq? - Məleykə Abbaszadədən AÇIQLAMA
19 Aprel 2024, 16:09
Regionlar üzrə ən çox bal toplayanlar... Şəki-Zaqatala bölgəsinin ŞAGİRDLƏRİ
17 Aprel 2024, 12:14
Regionlar üzrə ən çox bal toplayanlar – Mərkəzi Aran bölgəsinin ŞAGİRDLƏRİ
18 Aprel 2024, 12:40
Sertifikasiyadan keçə bilməyənlər bu il imtahan verəcək
FACEBOOK