Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-07 12:13:00
Şagirdin məktəb çantası neçə kiloqram olmalıdır? – Pediatrdan valideynlərə XƏBƏRDARLIQ!

“Çantanın ağırlığı uşağın bədən çəkisinin 10 %-i qədər olmalıdır”

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı pediatr Vaqif Qarayev deyib. Onun sözlərinə görə, son vaxtlar azyaşlı uşaqlarda onurğa sütununun deformasiyaları(skolioz, kifoz, lordoz) artıb:

“Bunun bir səbəbi də ibtidai sinif şagirdlərinə optimal ağırlıqda məktəbli çantalarını seçə bilməməyimizdir. Çantanın allı-güllü olmağına fikir verməyin. Ucuz olsun, amma sağlamlığa ziyan verməsin! Çanta kürəyə tam oturmalı, hər iki çiyinə eyni ağırlıq düşməlidir. Portfeldən istifadə etmək düzgün deyil. Çünki ağırlıq bir tərəfə düşəcək. Çanta materialının sintetikdən olması təmizlənmə baxımından daha yaxşıdır.

Çantanın ağırlığı uşağın bədən çəkisinin 10 %-i qədər olmalıdır. İçərisindəki məktəb ləvazimatları ilə birlikdə  6 yaşlı uşağın bədən çəkisini 22 kq götürsək çantanın ağırlığı 2,2 kq olmalıdır.

Amerika Pediatriya Akademiyasının isə normativləri belədir: Məktəb ləvazimatları ilə birlikdə çantanın ağırlığı birinci sinif üzrə 1,2 kq, ikinci sinif üzrə 1,6 kq, üçüncü sinif üzrə 2,3 kq, dördüncü sinif  üzrə 2,6 kq müəyyənləşdirilib. Uşaqların sağlam böyüməsi üçün çantaları düzgün seçmək lazımdır.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları