Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-08-07 09:30:00
28 mindən çox abituriyent ixtisas seçimi ərizəsini təsdiq edib

Ali məktəblərə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, bu saata olan göstəricilərə əsasən, I ixtisas qrupu Azərbaycan bölməsi üzrə 8822, II ixtisas qrupu üzrə 6475, III ixtisas qrupu üzrə 7614, IV ixtisas qrupu üzrə 2385 nəfər ərizəsini təsdiq edib.

I ixtisas qrupu rus bölməsi üzrə 886, II ixtisas qrupu üzrə 719, III ixtisas qrupu üzrə 637, IV ixtisas qrupu üzrəisə 244 nəfər elektron ərizəsini təsdiq edib. V ixtisas qrupunda ərizəsini təsdiq edənlərin sayı ümumilikdə 679 nəfərdir.

Bu saata əsasən, 5 ixtisas qrupu üzrə ümumilikdə 28.488 nəfər ərizəsini təsdiq edib.

Xatırladaq ki, ixtisas seçimi avqustun 13-dək davam edəcək.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları