Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-31 16:00:00
Tibb təhsili almaq üçün xaricə gedənlərin sayı çoxalacaq - EKSPERT

“Hazirda Türkiyəyə üz tutanlar çoxdur.  İtaliya ve Polşada isə təqaüd proqramları var deye bu ölkələr də ön sıralardadır”

Bu sözləri AzEdu.az - a açıqlamasında xaricdə təhsil üzrə ekspert Fuad Hacıyev bildirib. Onun sözlərinə görə, Türkiyəni seçənlər az xərcə daha keyfiyyətli təhsil, İtaliya və Polşanı seçənlər isə təqaüdə üstünlük verirlər:

“Ukraynanı seçənlərin çoxu hazırda çalışan şəxslərdir, sadəcə işdə yüksəlmək üçün diploma ehtiyacları olur. Litva, Latviya, Estoniya da münasib təhsil və yaşam şərtləri təqdim edir. Hazırda Almaniyaya rezidentlərin axını başlayıb. Tibb sahəsində alman dili sertifikatı alan bura qaçır.  Bildiyiniz kimi Almaniyada təhsil pulsuzdur. Yalnız administrativ və yaşam xərclərini ödəyə bilənlər də ora magistr təhsili üçün üz tuturlar”.

Ekspert bildirib ki, bu il  tibb  üçün gedənlərin sayının artacağı gözlənilir. Çünki bizdə yerlər azalıb, qiymətlər isə qalxıb. Məsələn, Bağçaşəhər Universitetinin Batumidə tibb üzrə ixtisaslaşmış filialı var. Orda illik 7500 dollardır”.