Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-07 12:43:42
Kilosu 10 min manat olan metal, milyonluq cihazlar və təmirsiz liftlər – “AZİ”dən REPORTAJ

Hər üç adı brendə çevrilən universitetin tarixi

Bu universitet zaman – zaman qısaca olaraq,  AZİ, ADNA, ADNSU kimi tanınıb.  Hər üç adı demək olar,  hamının yaddaşına həkk olunaraq Azərbaycanın təhsil brendinə çevrilib.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)  tarixi 1920-ci illərə dayanır. İki ildən sonra Qafqazın ən böyük universitetlərindən olan bu ali təhsil ocağının 100 illik yubileyi qeyd ediləcək.10 noyabr 1887-ci ildə Bakı Şəhər Duması tərəfindən Bakıda texniki məktəbin yaradılması haqqında qərar çıxarılıb. Məktəb 1918-ci ildən politexnikum adlandırılıb. Burada neft sənayesi, elektromexanika və inşaat-memarlıq şöbələri fəaliyyət göstərib, tələbələrin sayı 188 nəfər olub. O zaman cəmi 62 azərbaycanlının  ali təhsili olub ki, onlardan da 12-si mühəndis idi. 16 noyabr 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin “Bakıda Politexnik İnstitutunun yaradılması haqqında” dekreti elan olunması ilə  bu ali təhsil ocağının əsası qoyulub. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 mart 1992-ci il tarixli qərarı ilə isə universitet Azərbaycan Dövlət Neft Akademiyası (ADNA) adını alıb. 2015-ci ilin sentyabr ayında dövlət başçısı İlham Əliyevin sərəncamı ilə ali məktəb Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) adlandırılıb, qarşısına yalnız neft sahəsi  deyil, bütövlükdə  yerli sənaye sahələri üçün də ixtisaslı kadrlar hazırlamaq vəzifəsi qoyulub. Bundan əlavə, yeni tədris ilindən etibarən, ADNSU-nun nəzdində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılan Azərbaycan-Fransız Universiteti (UFAZ) fəaliyyət göstərməyə başlayıb. Bu il məzunlarına ADNSU ilə yanaşı, Fransa və dünyanın ən nüfuzlu universitetlərindən biri olan Strasburq Universitetinin diplomunu qazanmaq imkanı  yaradan UFAZ-a 143 tələbə qəbul olub.

FormatFactoryjWfiv8i6tLudYZtvQqyn9bbEvRPZmDBAGrAnfCPki9NBnL2U86qS.jpg

Universitetdə görülən və görüləcək işlərlə əyani tanış olmaq üçün AzEDU.az-ın əməkdaşları Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə baş çəkiblər.

***

Ali təhsil ocağına daxil olduqda qarşımıza ilk çıxan mühafizəçilər  gəlişimizin məqsədini öyrənib, bizi universitetlə tanış edəcək şəxslərlə əlaqələndirirlər.  İctimaiyyətlə Əlaqələr departamentinin nümayəndəsi Yusif Ağayev və rəhbəri Bəhruz  Nəzərovdan  əvvəlcə, ADNSU-nun tarixi, imkanları, tələbələrin sayı, onlara yaradılan şərait barədə məlumatlar aldıq. Ali təhsil müəssisəsinin yarandığı vaxtdan bu günə kimi, xüsusilə də  professor Mustafa Babanlı rektor təyin olunduqdan sonra baş verən hadisələr, dəyişikliklər haqqında daha geniş informasiyalar verildi. Təbii ki, bir az düşünsək,  bütün bu xoşməramlı məlumatları normal qəbul edə bilərdik.  Hansı mətbuat katibi istəməz ki, çalışdığı qurum yaxşı tərəfdən işıqlandırılsın? Sözün qısası, məqsədimiz reportajda təkcə universitetin qazandığı nailiyyətləri, illər ərzində keçdiyi inkişaf dinamikasını deyil, həm də tələbələrin üzləşdiyi çətinliklər, onlara hansı şəraitin yaradılması və bu imkanlardan necə yararlanmaları barədə məlumatlara yer verməkdir. Hazırda Neft və Sənaye Universitetində, ümumilikdə, 10.092 tələbə təhsil alır. Onlardan 96,5 % yerli, 3,5 %-i əcnəbidir. Təhsil ocağında oxuyan tələbələrin 71 %-i kişi, 29 %-i qadındır. Qeyd edək ki, universitetə qəbul olunan 2568 tələbə 500-dən yuxarı bal toplayaraq daxil olublar.

Universitet daxilində əvvəlcə kitabxanalara üz tutduq. ADNSU-nun əsaslı kitabxanası 1920-ci ildə Bakı Texniki Məktəbinin nəzdində təşkil edilib. Həmin dövrdə onun kitab fondu 6500 nüsxə,  oxucusu isə 300 nəfər olub. 1925-ci ildən başlayaraq kitabxana fondu Azərbaycan və  rus dili ilə yanaşı, Qərbi Avropa dillərində olan kitablarla da komplektləşdirilməyə başlanıb. Kitabxananın fondundan müxtəlif illərdə institutun Sumqayıt, Gəncə, Mingəçevir, Şuşa filiallarına, Qroznı Neft İnstitutuna, tələbə-inşaat dəstələrinə külli miqdarda ədəbiyyat verilib. Hazırda kitabxanada nəşr tarixi 1820-ci ildən müasir dövrümüzədək gəlib çıxan Azərbaycan, rus, türk, ingilis, fransız, alman və s. dillərdə 800 minədək çap məhsulu var. Bəhruz Nəzərov və kitabxananın direktoru Səlahət Mahmudova bizi kitab evi ilə daha ətraflı  tanış etdilər.
FormatFactoryjWfiv8i6xpheTJE56zhVcwFgZ7Q1S9g8n3LPYukAhxNe2AHJmiy3.jpg
Məlumatlarda qeyd edildiyi kimi kifayət qədər kitab olsa da, əksəriyyətinin kiril əlifbasıyla olması diqqətimizdən yayınmadı. Burada uzun illərdi ki, çalışan Səlahət xanım deyir ki, dərsliklərin sayının azlığı tələbələrin narazılığına səbəb olur: “Elə olur ki, hər qrupdan 5-10 nəfərə cəmi bir kitab verilir. Dərsliklər elektron formada da təqdim edilir. Əvvəlcə, tələbələr narazılıq etsələr də, məsələnin qəlizliyini – kitab çatışmazlığını onlara izah edirik. Bundan sonra bizimlə razılaşırlar. Qədim kitablar üçün isə daha çox müəllimlər müraciət edirlər. Fondda alman səyyahının Qarabağın tarixinə  aid 1870-ci ildə yazdığı kitab var. Ümumilikdə, bədii kitab üçün isə ayrıca fond fəaliyyət göstərsə də,  əsas tələbat elə dərsliklərədir. Onların bədii kitab oxumağa, adətən, vaxtları çatmır”.

Əsaslı kitabxananın Elektron kataloq bazasına (Audio kitablar) ADNSU-nun əməkdaşları tərəfindən çap olunan dərslik, dərs vəsaiti və fənn proqramlarından 876 adda elektron versiya daxil edilib. Bu elektron resurslar 2017-ci ildən etibarən, Əsaslı Kitabxananın oxu zalında oxucuların istifadəsinə verilib. Elektron bazada həmçinin, oxucular üzrə iş də aparılır. Tədris ilindən oxucuların kitabxanaya yazılışı elektron qaydada keçirilir. Ümumilikdə, kitabxananın 6450 nəfər oxucusu var. Belə ki, tək sentyabr-oktyabr aylarında burada 757 nəfər oxucu qeydiyyatdan keçib ki, onların 652 nəfəri bakalavr, 98 nəfəri magistr, 7 nəfəri isə universitet əməkdaşlarıdır.

FormatFactory_ELM1568.jpg
Universitetin Mustafa Babanlı dövrü…

Mustafa Babanlı Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 2015-ci il tarixli sərəncamı ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib. Bəhruz Nəzərovun Mustafa Babanlının Neft və Sənaye Universitetinə nə qazandırdığı ilə bağlı suala cavabı belə oldu: “Keyfiyyətli təhsil, elektron kitabxana, elektron universitet, Startap məktəbi yaradılıb,  İT departamenti daha yüksək səviyyədə fəaliyyətə başlayıb. Həmçinin, universitetdə əvvəllər bir otağı belə olmayan  ictimaiyyətlə əlaqələr, mətbuat xidmətinin fəaliyyəti 2016-cı ildən sıfırdan qurulub. Təsəvvür edin, 1887-ci ildən yaradılan və 1920-ci ildən institut kimi fəaliyyət göstərən ali təhsil ocağının mətbuat xidməti düz, 95 il sonra sıfırdan  təsis edilir. Qəzet və jurnallar 2 dildə çap olunaraq, universitetlərə, müəllimlərə, məktəblərə, nazirliklərə paylanılır.  Universitetin saytı yenidən qurulub.  “Unibook” sistemi fəaliyyətə başlayıb. Bir çox universitetdə bu sistem mövcud deyil. Onun vasitəsilə tələbə onlayn olaraq özünə aid bütün məlumatları, buraxdığı dərs sayından tutmuş, imtahanlarda topladığı ballara kimi hər şeyi öyrənə bilər. Yəni, daha jurnalı açıb qaib saymağa, dərs buraxanda dərsin yerini soruşmağa ehtiyac yoxdur”.

İctimaiyyətlə Əlaqələr departamentinin müdiri inanmır ki, hər hansı universitetdə rektor ADNSU-da olduğu kimi əlçatan olsun:

Hər həftənin 2-ci  günü saat 16:00-dan 18:00-dək rektorla görüş baş tutur. Açıq mikrofon günlərində isə-adətən, şənbə günləri-rektor və prorektorların da iştirakı ilə saat 10:00-dan 14:00-a kimi tələbələrin sualları cavablandırılır və problemlərin həlli istiqamətində addımlar atılır.

ADNSU-nun “yeganə” problemi - müasir laboratoriyaların azlığı

Bəhruz Nəzərovun sözləriylə desək, hər şeyin yüksək səviyyədə təmin olunduğu ali təhsil ocağında “təkcə” çatışmayan müasir laboratoriyalardır. Bəhruz Nəzərov deyir ki, bu gün universitetlər özləri öz hesablarına maliyyələşdirildikləri üçün bu məsələlər biraz problemlidir: “Elə  cihaz var ki,  milyonlarla qiyməti var. Bunlar da maliyyə tələb edir. Ali təhsil müəssisəsinin nəzdində Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Fransız Universiteti yaradılıb. Bu, Azərbaycanla Fransanın birgə layihəsidir. Bura  üçün çox gözəl laboratoriya inşa olunur və növbəti tədris ilindən istifadəyə veriləcək. Bakıdakı universitetdə təhsil alan tələbə Strasburqda təhsil alan tələbəylə eyni hüquqlara sahibdir. Laboratoriyanın qiyməti milyonlarla manat dəyərində ölçülür və Fransa Universitetiylə yanaşı, bizim tələbələrin də istifadəsinə veriləcək. Ən böyük problem müasir laboratoriyaların yoxluğudur ki, bu da böyük maliyyə tələb edən bir məsələdir”.

Laboratoriya problemindən söz düşmüşkən bunun əyani şahidi olmaq üçün Bəhruz Nəzərovla birlikdə birbaşa laboratoriyalara yollandıq. İstilik keçiriciliyi laboratoriyası ilə əyani tanışlıq dərs olmadığından baş tutmadığı üçün Energetika fakültəsinin digər laboratoriyalarına yollandıq. Dərs prosesində iştirak etmək istəsək də, yenə də tələbələrin dərsdə olduğu saata təsadüf etmədik. Buna baxmayaraq, laborantlar avadanlıqların bəzilərini işə salıb, bizə qurğuların işləmə mexanimizlərini göstərdilər. Beləcə, Energetika fakültəsinin 2 laboratoriyasında olduq. Birinci laboratoriyada paltaryuyan maşının  və işıqforun işləmə mexanizmlərini canlı izləyə bildik.

Energetika fakültəsinin laborantı Sara xanım deyir ki, yeni texnikalar gəlməyənə qədər vəziyyət qənaətbəxş deyildi.

“Tələbələr gəlib narazılıq edirdilər ki, laborantlar heç nə öyrətmirlər. Başa salmaq olmurdu ki, texnika yoxdur, ya da zəifdir. İndi isə həm özümə maraqlıdır, həm də tələbələr müəyyən lazımi şeyləri öyrənə bilirlər”.

Yüksək gərginlikli (1000 voltdan yuxarı) avadanlıqların saxlanıldığı laboratoriyada isə tələbələrə keçirilən praktiki  metodlarla tanış olduq. Burada tələbələrə keçilən ilk dərs  təhlükəsizlik qaydalarından bəhs edir.  Hər müəllim briqadasında maksimum 4 tələbə  ola bilər. Tələbələr əvvəlcə quraşdırılan sxemləri yığır, daha sonra isə müəllimlər onları yoxlayıb işə salır. Buradakı avadanlıqlar digərlərinə nisbətən daha köhnədir.  Laboratoriya işçiləri qeyd edirlər ki, onların dəyişilməsinə ehtiyac var.

Məktəb psixoloqonun stolüstü
kitabı
Bağçalarla bağlı zəruri vəsait
ÇOX OXUNANLAR
FACEBOOK